Pilot təyyarəni son anda xilas etdi (VİDEO)

Pilot təyyarəni son anda xilas etdi (VİDEO)
13:16 30 Dekabr 2014
93 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Las Veqas şəhərindəki hava limanında faciənin bir addımlığından dönülüb. ANS PRESS-in məlumatına görə, hava limanında eniş etmək istəyən təyyarənin təkərləri açılmayıb. Bu zaman təyyarədəki 447 sərnişin və 15 işçinin həyatı təhlükə altında qalıb.

Hadisə hava limanında quraşdırılan müşahidə kameraları vasitəsilə anbaan lentə alınıb. Video sosial şəbəkələrdə yayılıb.

Videodan da göründüyü kimi eniş etmək istəyən təyyarə bir neçə dəqiqə yerlə hava arasında qalıb.

Təkərləri açılmadığına görə təyyarə partlamaq təhlükəsilə üz-üzə qalıb.
Lakin pilotun yüksək peşəkarlığı sayəsində baş verə biləcək faciənin qarşısı alınıb.

ANS PRESS həmin görüntüləri təqdim edir:


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=317131

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR