"Rəvan"ın 3 futbolçusu üçün 2016 gec başlayacaq

"Rəvan"ın 3 futbolçusu üçün 2016 gec başlayacaq
10:17 20 Dekabr 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

"Rəvan"ın 3 futbolçusu üçün 2016-cı il gec başlayacaq. Fanat.az хəbər verir ki, buna səbəb həmin oyunçuların cəzalı duruma düşməsiidi.

Bunlardan biri Emin Mehdiyevdi. Gənc futbolçu "Sumqayıt"la oyunun 73-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydanı tərk edib. AFFA onu bir oyunluq cəzalandıracaq.

Yamin Ağakərimzadə sarı vərəqə limitini doldurub. Ötən gün baş tutan oyunun 77-ci dəqiqəsində oyunun bərpasını ləngitdiyinə görə sarı vərəqə alan futbolçu limiti doldurub. Bu onun cari mövsümdə 8-ci "sarı"sı olub. İlk 4 turda cəzalanıb V turun "Zirə" ilə oyununu buraхan Yamin XIX turu da kənardan izləməli olacaq.

Ukraynalı qapıçı Kostantin Maxnovski isə 4-cü dəfə sarı vərəqə aldığından cəzalı duruma düşüb. O, "Sumqayıt"la matçın 88-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alıb.

Qeyd edək ki, "Rəvan" Premyer Liqanın XIX turunun oyununu gələn ilin 31 yanvarında səfərdə "Xəzər Lənkəran"a qarşı keçirəcək. Hər üç futbolçu bu matçı kənardan izləməli olacaq.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrvanquotn-3-futbolcusu-ucun-2016-gec-balayacaq-t46276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR