Dayanmayan erməni terroru

Dayanmayan erməni terroru
10:22 20 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Əsrin əvvəllərində erməni terror və vəhşiliklərinin şahidi olan tarixçi Rafael de Noqqalesin yazırdı ki, "...onlar əllərinə keçən bütün dinc müsəlmanları vəhşicəsinə qırıb çatırdılar". Erməni faşist ideologiyası, onların mübarizə metodu haqda başqa bir tarixçi, gürcü alimi Q.Marxuliyanın yazıları da diqqəti cəlb edir. Ermənilərin fəaliyyətinin əsas istiqaməti bundan ibarət idi: "...insanları silahlandırmaq üçün bütün vasitələrə əl atmaq, ...toqquşmalar təşkil etmək və hökumət məmurlarını aradan götürmək, ...dövlət idarələrini talan etmək və dağıtmaq... Məqsədə çatmaq üçün hər şeyə icazə verilirdi: təbliğata, terrora, qiyama".

Ermənistanın və erməni lobbisinin hər il aprel ayında qopardığı vay-şivən, uydurma soyqırımı iddiaları özünün pik nöqtəsinə gəlib çatır. Türkiyədən torpaq və təzminat davasına qalxan ermənilər və onların havadarları hər vəchlə tarixi faktları saxtalaşdırmaqda, ildən-ilə saxta soyqırımı qurbanlarının sayını, itkilərin həcmini get-gedə artırmaqdadırlar. Amma faktlardan qaçmaq mümkün deyil.
1914-cü ildə Türkiyənin Birinci Dünya müharibəsinə qoşulması ilə ermənilər güclü, qaçılmaz bir fakt qarşısında qaldılar: "böyük Ermənistan" yaratmaq istədikləri ərazilərin bir hissəsi Türkiyədə, o biri hissəsi almanlara və türklərə qarşı vuruşan Rusiyada idi. Nə etməli? Çox düşünmədən onlar özlərini antitürk qüvvələrin yanında gördülər.
 
Ermənilərin buraxdığı qəzetlər türkləri əzabla öldürərək analarını ağlatmağa çağırırdı...
 

Hərbi əməliyyatlar başlayan kimi Türkiyə parlamentinə Ərzurumdan deputat seçilən Qaro Basdırmacan əsasən ermənilərdən ibarət hərbi hissələrlə birlikdə rusların tərəfinə keçdi. Yeri gəlmişkən, türklər heç vaxt ermənilərin səmimiyyətinə inanmadıqları üçün tarix boyu onları orduya götürməzdilər. Həmin illərdə isə sultanlıq qismən məcbur olub onları da əsgəri xidmətə çağırmışdı. Bu da tezliklə öz acı nəticələrini verdi...
Qaronun başçılıq etdiyi dəstələr getdikcə daha da azğınlaşaraq türk kəndlərini dağıdır, əhalini amansızcasına qırıb-çatırdılar. Yerli müsəlman əhalinin - türklərin və kürdlərin bu azğınlığa cavabı isə ermənilər və onların xaricdəki havadarları tərəfindən "erməni xalqının soyqırımı" kimi qiymətləndirilirdi. XIX əsrin sonu - XX əsrin əvvəllərində Türkiyədə baş verən bu qanlı hadisələrlə əlaqədar ingilis tarixçisi Filip Prays yazırdı: "Müharibənin başlaması ilə bu rayonların erməni əhalisi (şərq vilayətləri nəzərdə tutulur) Qafqazdakı rus hakimiyyət orqanları ilə xəlvəti əlaqələr qurdular və hamıdan gizli türk vilayətlərindən rus ordusu üçün könüllülər toplamağa başladılar... Şərq vilayətlərində hərbi xidmətdən yayınmalar kütləvi xarakter almışdı. Rus zabitlərinin rəhbərliyi altında erməni fərarilərdən ibarət xeyli alay yaradılmışdı. Türk parlamentinin iki erməni deputatı Rusiyaya qaçmışdı. Ermənilərin buraxdığı qəzetlər qisasa, türkləri əzabla öldürərək analarını ağlatmağa çağırırdı. Ermənilərin etdiyi cinayətlər heç kəsdə şübhə doğurmur". (M.P.Prise. A History of Turkey. - London, 1956, p. 91.)
Tək bir gündə - 21 fevral 1914-cü ildə Qarsda və Ərdəhanda erməni quldur dəstələri tərəfindən 30 min türk qətlə yetirilmişdi. Körpələri alıb tonqala atır, öldürdükləri insanlara vəhşicəsinə əzablar verirdilər. Bu qətllərin bilavasitə başında "Hnçak" erməni terror təşkilatının gizli ideoloqu, türk parlamentinin deputatı Stepan Ter-Danielyan dururdu. Ermənilərin düşünülmüş fəaliyyət planı haqqında o vaxt Bitlis vilayətinin qubernatoru Mustafa bəy 3-cü Ordunun komandanına yazırdı: "Erməni liderlərin qərarına əsasən, hərbi əməliyyatlar başlayan halda erməni əsgərlər əldə silah düşmən tərəfə keçməlidirlər. Türk qoşunları uğur qazansa, ermənilər hərəkət etməyəcək, əksinə, əgər ordumuz geri çəkilsə, onların yaratdıqları partizan dəstələri qoşunların hərəkətinə maneələr törətməlidirlər.
Elə bu vaxtlar Sivas qubernatoru da məlumat verirdi ki, "ələ keçənlərin verdiyi məlumata görə, ermənilərin vilayətdə 30 000 nəfər silahlısı var ki, onların da yarısı artıq rus ordusu ilə birləşib. O biri yarısına isə arxadan türk qoşunlarına zərbə endirmək tapşırığı verilib".
1915-ci ilin mayında rusların Şərqi Anadoluya hücumlarının gücləndiyi, ingilis və fransızların Çanaqqala əməliyyatlarına başladığı bir dövrdə ermənilər "dostlar"ının yazdığı ssenariyə uyğun olaraq Zeytun, Van və Muşda ayağa qalxdılar. Mayın 6-da ermənilər monoetnik zona yaratmaq məqsədilə Van şəhərində müsəlmanları qırıb-çatdılar. Təkcə Van vilayətində erməni terrorçularının qətlə yetirdiyi dinc əhalinin sayı 3000 nəfərdən çox idi ("Azərbaycan və azərbaycanlılar" jurnalı, 2002). Yeri gəlmişkən, 22 iyun 1915-ci ildə rus hökumət qüvvələri Van şəhərinə daxil olduqda gördükləri mənzərədən dəhşətə gəldilər: şəhərin bütün müsəlman əhalisi - türklər, azərbaycanlılar, kürdlər ermənilər tərəfindən amansızlıqla qətlə yetirilmişdilər. Hətta hadisədən 8 gün sonra bütün bunların şahidi olmuş general Nikolayev hansısa Tero və Xeço adlı ermənilərin rəhbərlik etdikləri quldur dəstələrinin vəhşiliklərindən hiddətlənərək yazırdı ki, onları topa tutmaq lazımdır...
İndi 5000 nəfərin qətlə yetirildiyi həmin yerdə türklərin Soyqırımı abidəsi ucalır.
Vandakı qırğınlar bununla bitmədi. Növbəti dəfə ermənilər 22 may 1916-cı ildə orada yenidən qırğınlar törətdilər. Erməni başkəsənləri 1000-dən artıq uşağı boğaraq öldürdülər. Belə vəhşiliyi bəşər tarixi xatırlamır. Meyitlərin qulaqları, burunları kəsilmiş, gözləri çıxarılmışdı. Budəfəki itkilərin sayı isə 15 min nəfəri adlamışdı.
1915-ci il mayın 9-da eyni şəkildə Bitlisdə 123 nəfər qətlə yetirildi. Ermənilərin "genosid günü" dedikləri bu tarixin, göründüyü kimi, "erməni soyqırımı"na heç bir aidiyyəti yoxdur. Bu, türklərin, müsəlmanların genosid, soyqırımı günü kimi anılsa, daha düzgün olar. 
Qaldı ermənilərin İran və Qafqaz cəbhəsindən ölkənin müxtəlif ərazilərinə köçürülməsinə, gürcü alim Q.Marxuliyanın ifadəsi ilə desək, "ermənilərin köçürülməsinə səbəb onların xəyanəti və qiyamları oldu. Ermənilərə elə gəlirdi ki, ələ keçirdikləri torpaqlar Birinci Dünya müharibəsindən sonra onlara qalacaq və onlar orada müstəqil Ermənistan dövləti yaradacaqlar..." Ancaq türklər də yaxşı deyib: sən saydığını say...
 
Amerika tarixçilərindən C.K.Makkartinin tədqiqatlarına görə, XX əsrin əvvəllərində baş verən bu qanlı hadisələrdə 2,5... milyon müsəlman həlak olub
 
Türk hökumətinin qərarı ilə 24 aprel 1915-ci ildə bütün erməni komitələrinin fəaliyyəti dayandırıldı, bu təşkilatın 2345 nəfər rəhbər üzvü həbs edildi, erməni əhalinin bir qismi ölkədə əmin-amanlığı bərpa etmək məqsədilə Osmanlı dövlətinin ucqarlarına - Suriya, Livan, Fələstin torpaqlarına köçürüldü.
Bir faktı da vurğulamaq lazımdır: ermənilərin türk-müsəlman əhaliyə qarşı soyqırımları 1915-ci illə qurtarmadı, sonrakı illərdə daha da şiddətləndi. Bütün bu deyilənlərə faktların, statistikanın soyuq nəzərləri ilə baxmağa çalışaq:
8 may 1916-cı ildə Andronikin quldur dəstələri Tərcan qəzasının müsəlman kəndlərində 563 nəfəri məhv etdi.
11 may 1916-cı ildə quldurlar Malazgird şəhərində 20 000 nəfəri öldürərək uşaqları əzablar verdikdən sonra odda yandırdılar. Həmin vaxt Van yaxınlığındakı Köprüköy kəndində 200 nəfər erməni azğınlığının qurbanı oldu.
22 may 1916-cı ildə yenə həmin Van şəhərində ermənilər əhalini kütləvi şəkildə zəhərləyib yüzlərlə insanın ölümünə səbəb oldular. Elə həmin gün qaçqınlarla dolu Ergəl və Atiyan kəndlərinin yaxınlığında quldurlar 8000 nəfərin həyatına son qoydular.
23 may 1916-cı il. Van yaxınlığında Seyl kəndində əksəriyyəti uşaq, qoca və qadın olan 300 nəfər türk ermənilərin gülləsinə tuş gəldi.
1916-cı ilin iyununda Ədrəmid şəhərində 15000 nəfər öldürüldü. Quldur dəstələri patronlara qənaət etmək məqsədilə insanları ən dəhşətli üsullarla məhv edirdilər. Daşnak "qəhrəmanlar"ından biri bu "şücaət"i barədə deyirdi: "Mən heç nəyə məhəl qoymadan Basarkeçərdə bir türk kəndini yerlə yeksan etdim. Amma bəzən gülləyə heyfin gəlir. Bu itlərə qarşı ən yaxşı vasitə döyüşdən sonra bütün sağ qalanları quyulara doldurub üstdən ağır daşlar tökməkdir ki, bir də üzlərini görməyək. Mən belə də edirdim: bütün kişiləri və uşaqları yığıb quyulara doldururdum".
Sonralar bütün bu cinayətlərə görə 1397 nəfər Türkiyənin ədalət məhkəmələri qarşısında dayandı. Onların bir çoxuna ölüm hökmü kəsildi. Amma erməni terrorunu dayandırmaq, axıdılan günahsız qanları saxlamaq mümkün olmadı. O qan indi də axmaqdadır.

"Azərbaycan" qəzeti

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ad günündə nələri etmək olmaz? - Bu qonaqlardan və hədiyyələrdən qorunun!

22 May 2017 19:43

Xalq artisti nəticəsini belə əzizlədi - VİDEO

22 May 2017 19:42

Türkiyənin tanınmış aktrisasına xərçəng diaqnozu qoyulub

22 May 2017 19:42

Özü festivalda, sevgilisi başqası ilə... - FOTO

22 May 2017 19:42

Gülnarə Xəlilova: Azərbaycanda İslamiada kimi tədbirlərin keçirilməsi ölkəmizin öncüllərdən olduğunu göstərir

22 May 2017 19:36

"Azərbaycan" jurnalının yeni sayı

22 May 2017 19:36

Putin Fransada Makronla görüşəcək

22 May 2017 19:34

"Sənin ölməyini gözləyə bilmərəm, evi adıma keçir" - oğlundan Əmraha

22 May 2017 19:32

Baş məqşçi: "Əsəs hədəfimiz dünya çempionatın seçmə mərhələsidir"

22 May 2017 19:27

Günay: "Hələ beləsi olmayıb" - FOTO

22 May 2017 19:22

Beyninə qan sızan meyxanaçı Kərimdən YENİ XƏBƏR

22 May 2017 19:22

"Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi idmanın təbliği baxımından əhəmiyyətlidir"

22 May 2017 19:22

Yüngül siqaretlər ağciyər xərçənginə ikiqat meyillidir

22 May 2017 19:18

Bu ilin əvvəlindən "DDoS" hücumlar azalıb

22 May 2017 19:17

Berlində bomba həyəcanı:

22 May 2017 19:13

BİABIRÇILIQ! Qoca kişi gəlinlikdə rəqs edir - VİDEO

22 May 2017 19:12

Premyer Liqada mövsümün qolunu ƏMRƏ CAN vurdu - VİDEO

22 May 2017 19:12

Qriqorçuk onu geri qaytardı - FOTO

22 May 2017 19:07

Bakıda iki qardaşın ölməsi ilə nəticələnən yanğının DETALLARI - FOTO

22 May 2017 19:05

Yerli məşhurlar və övladları - FOTOLAR

22 May 2017 18:57

O gözəl futbolçulara verdiyi sözü tutacaq? - FOTOLAR

22 May 2017 18:57

FHN Binəqədidəki yanğınla bağlı məlumat yayıb

22 May 2017 18:55

Bit bazarından 20 manata aldı, 700 min manata satacaq

22 May 2017 18:53

Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu keçirilib

22 May 2017 18:52

Ruhani: "ABŞ-ərəb sammiti tamaşadır"

22 May 2017 18:52

Orqanizmi qocalmağa qoymayan 6 cavanlıq cövhəri haqqında bilmədikləriniz

22 May 2017 18:48

Aparıcı Şəhriyar: "Saçıma dən düşməyi məni sevindirir"

22 May 2017 18:47

® “DəmirBank” ASC 2017-ci ildə xidmətləri satınalınması məqsədi ilə tender elan edir

22 May 2017 18:39

Aygün Kazımova türkiyəli müğənnilərdən şikayət etdi

22 May 2017 18:37

Meksikada ağır yol qəzası

22 May 2017 18:37

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

22 May 2017 18:36

Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM

22 May 2017 18:34

Türkiyədə dizel yanacağının qiyməti qaldırılır

22 May 2017 18:32

Makronun qələbəsi: geosiyasi və daxili ziddiyyətlərin fonunda

22 May 2017 18:32

"Bank of Baku" İnternet Bankçılıq xidmətini yeni funksiyalarla təkmilləşdirir

22 May 2017 18:29

15 iyul çevrilişinin 1-ci generalı: "Kaş ölərdim, bu günləri görməzdim"

22 May 2017 18:29

Günay Musayeva eks əri haqda danışdı - VİDEO - FOTO

22 May 2017 18:27

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

22 May 2017 18:27

"Qarabağ"dan ayrıldı, "Qəbələ"yə gedir - SON ANDA

22 May 2017 18:27

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib - FOTO

22 May 2017 18:27

Azərbaycan gözəlləri

22 May 2017 18:26

Bank "BTB"nin "MasterCard" sahiblərinə yeni müjdə

22 May 2017 18:22

Bakıda "X5"lə avtoqəza törətmiş şəxs restoran sahibi olub?

22 May 2017 18:22

Azərbaycanda tanınmış baş həkim vəfat etdi

22 May 2017 18:19

İranlı modeli hədələdilər: "Döşlərini kəsəcəyik" - FOTO

22 May 2017 18:18

Bakıda vətəndaş maşını piyada keçidində saxlayan sürücüyə dərs keçdi - FOTO

22 May 2017 18:17

"Qəbələ"dən Elvin Məmmədov açıqlaması - RƏSMİ

22 May 2017 18:17

Ruhani: ABŞ-ərəb sammiti tamaşadır

22 May 2017 18:15

"Azər Türk Bank" bu dəfə Qəbələ gənclərinə təlim keçib

22 May 2017 18:15

Firəngiz Əlizadə təltif edildi

22 May 2017 18:11