Ərdoğan: "Türkiyə hərbçiləri Şimali İraqı tərk etsə, İŞİD bölgəni nəzarət altına alacaq"

Ərdoğan: "Türkiyə hərbçiləri Şimali İraqı tərk etsə, İŞİD bölgəni nəzarət altına alacaq"
10:22 20 Dekabr 2015
50 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 dekabr. REPORT.AZ/ "Türkiyə hərbçiləri Şimali İraqı tərk etsə, İŞİD terrorçuları bölgəni dərhal nəzarət altına alacaq. Biz İraqlılar istədiyi üçün oradayıq. Bir təfərdən terrorçularla mübarizə aparmağımızı, digər yandan isə Şimali İraqı tərk etməyimizi istəyirlər".
"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ prezidenti Barak Obama ilə telefon danışığı zamanı səsləndirib.
Türkiyə-İraq gərginliyinə həsr olunan BMT Təhlükəsizlik Şurasının iclası ərəfəsində baş tutan söhbət zamanı Obama qeyd edib ki, "iraqlılar son hadisələri milli qürur məsələsinə çeviriblər".
Ağ Ev başçısı bildirib ki, rəsmi Ankara Bağdad höküməti ilə danışıqlar aparmalıdır və ancaq ondan sonra hərbçiləri `Başika` hərbi bazasına qaytarmalıdır.

Xəbərin orijinal ünvanı: http://report.az/region/erdogan-turkiye-herbcileri-simali-i-raqi-terk-etse-i-si-d-bolgeni-nezaret-altina-alacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR