Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ermənistan silahlı qüvvələri sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub

Ermənistan silahlı qüvvələri sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub

Cəbhədə son DURUM (27 Mart 2017 10:49)
Cəbhədə son VƏZİYYƏT (27 Mart 2017 10:33)
Cəbhədən xəbər var (27 Mart 2017 10:32)

Tarix: 20 Dekabr 2015 10:38


Bakı, 20 dekabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 95 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Novruzlu, Cəvahirli, Kəngərli, Sarıcalı, Şuraabad, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 96 dəfə atəş zərbəsi endirib.

Teqlər:  Ermənistan silahlı qüvvələri sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub



RƏYLƏR


Top xəbərlər