Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazirlikdə yeni qurum yaradıldı

Nazirlikdə yeni qurum yaradıldı

Date: 20 December 2015 10:47

Nazirlər Kabineti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Elektron Hökumət Təlim-Tədris Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində payları dövlətə məxsus, özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən "Elektron Hökumət Təlim-Tədris Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə "Elektron Hökumət Təlim-Tədris Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəetmə orqanının yaradılmasını qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin etmək tapşırılıb.  Əmlak Məsələləri Dövlət Komitəsi isə  "Elektron Hökumət Təlim-Tədris Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Milli.Az


Tags:  Nazirlikdə yeni qurum yaradıldı


RƏYLƏR


Top news