Gürcüstana gedənlərin işi asanlaşdı

Gürcüstana gedənlərin işi asanlaşdı
11:05 20 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Bakı-Tbilisi- Bakı marşrutu üzrə hərəkət edəcək qatarlara əlavə vaqonlar qoşulacaq.

Milli.Az xəbər verir ki, bu barədə anspress-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə Gürcüstan istiqamətində hərəkət edəcək qatarlara ümumilikdə 20 vaqon qoşulması planlaşdırılır. Bu il ötən ilə nisbətən tələbat azlığı olduğu üçün turist qatarları xəttə buraxılmayacaq.

N.Əzməmmədov əlavə vaqonların dekabrın 29-30-da hərəkət edəcək qatarlara qoşulacağını bildirib: "Sərnişin sıxlığı dekabr ayının 29 və 30 tarixlərində olacağı müşahidə edilib. Bu səbəbdən əlavə vaqonlar bu iki gün ərzində qatarlara qoşulacaq. Lakin növbəti günlərdə də sıxlıq müşahidə olunarsa o zaman xəttə yenidən əlavə vaqonlar buraxılacaq", - deyə N.Əzməmmədov vurğulayıb.

Qurum rəsmisi onu da əlavə etdi ki, artıq bayramla əlaqədar sərnişinlərə xəbərdarlıq da edilib. Sərnişin daşımaları departamentin kollektivi yeni 2016-cı il ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

"Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir. Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR