21 yaşlı qız faciəli şəkildə öldü

21 yaşlı qız faciəli şəkildə öldü
11:12 20 Dekabr 2015
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalada dəm qazından zəhərlənmə baş verib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, dekabrın 19-u, saat 22:45 radələrində Zaqatala şəhəri, F. Əmirov küçəsi 42 ünvanında yaşayan Nərmin Əziz qızı Rəcəbova zəhərlənmə əlamətləri ilə xəstəxanaya gətirilib.

Həkim müayinəsi və araşdırma zamanı məlum olub ki, 21 yaşlı Nərmin Rəcəbova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Nərmin Rəcəbovaya lazımi tibbi yardım göstərilib, hazırda vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/391676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR