ABŞ-da erməni qadın iş yoldaşının maşınını yandırdı

ABŞ-da erməni qadın iş yoldaşının maşınını yandırdı
11:32 20 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatının Berbenk şəhərinin erməni əsilli sakini tutulub.

APA-nın məlumatına görə, "Los Angeles Times" qəzeti yazır ki, 65 yaşlı Rita Mardusyan iş yoldaşının avtomobilini yandırmaqda ittiham olunur.

Polisin məlumatına görə, "Lexus" markalı avtomobilin yanması ətrafında aparılan araşdırmalar zamanı hadisənin şahidi yanğın yerindən uzaqlaşan qadını gördüyünü bildirib.   

Artıq erməni qadına qarşı ittiham irəli sürülüb, polis onun bu hərəkətinin səbəbini aydınlaşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR