Rusiya "kürd kartı"nı işə salır - Səlahəddin Moskvaya gedir

Rusiya "kürd kartı"nı işə salır - Səlahəddin Moskvaya gedir
11:47 20 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

PKK terror təşkilatına yaxın olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Moskvaya səfər edəcək.

APA-nın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, S.Dəmirtaş bildirib ki, səfərin məqsədi partiyasının Rusiya təmsilçiliyinin açılmasıdır.  

O, səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini də deyib.

"Biz güclüyük və bu gücümüzdən istifadə etmək istəyirik. Səfər zamanı Lavrovla görüşəcəyik, Moskvada təmsilçiliyimizi açacağıq", - deyə S.Dəmirtaş bildirib.

Səfər dekabrın 23-nə nəzərdə tutulur.

Qeyd edək ki, hazırda Türkiyə ilə Rusiya arasında gərginlik hökm sürür, iki ölkə arasında bir çox sahədə əməkdaşlıq dayandırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR