Ermənilər həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib

12:02 20 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qarşı tərəfin bir neçə texnikası sıradan çıxarılıb, şəxsi heyəti arasında ən azı 2 nəfər ölən və 4 yaralanan var. Ümumilikdə ermənilər həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib.
Düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Nurməmmədzadə İbrahim Əvəz oğlu həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Silahlı Qüvvələrimizin bölmələri əməliyyat şəraitinə nəzarət etməklə düşmənin bütün hərəkətlərinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirir.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/ermeniler-hefte-erzinde-18-olu-ve-20-den-artiq-yarali-olaraq-itki-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR