Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İstanbulda tanınmış maarifçi Əlibəy Hüseynzadənin qızının fərdi sərgisi açılıb

İstanbulda tanınmış maarifçi Əlibəy Hüseynzadənin qızının fərdi sərgisi açılıb

Date: 20 December 2015 12:28


İstanbul, 20 dekabr, AZƏRTAC
İstanbulda böyük mütəfəkkir, tanınmış maarifçi Əlibəy Hüseynzadənin qızı Feyzavər Alpsarın fərdi rəsm sərgisi açılıb.
Şəhərin Bəyoğlu rayonundakı “Eller” incəsənət qalereyasında təşkil olunan sərginin açılış mərasimində Türkiyənin tanınmış incəsənət xadimləri, azərbaycanlı alimlər, bu şəhərdə təhsil alan və çalışan soydaşlarımız, KİV nümayəndələri iştirak ediblər.
On beş gün davam edəcək sərgidə Feyzavər Alpsarın dəri üzərində boya ilə çəkdiyi əsərlər, o cümlədən qaval və kağızlardakı rəsmləri nümayiş etdirilir.
Artıq onuncu dəfə keçirilən sərgiyə Azərbaycan ictimaiyyətinin daha çox maraq göstərməsindən məmnun qaldığını diqqətə çatdıran 96 yaşlı Feyzavər Alpsar AZƏRTAC-a müsahibəsində deyib: “Sevinirəm ki, əsərlərim soydaşlarımı Azərbaycan işığında bir yerə toplaya bilir”.
Orijinal iş üslubu ilə Türkiyədə incəsənətin inkişafına böyük töhfələr verən F.Alpsarın bu vaxtadək 50-dən artıq sərgisi təşkil olunub.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul




Tags:  İstanbulda tanınmış maarifçi Əlibəy Hüseynzadənin qızının fərdi sərgisi açılıb


RƏYLƏR


Top news