Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına açıqlamalar verib.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, hazırlanan xüsusi proqramda V.Putin bir çox məsələlərə toxunub.
Moskvanın həm Suriya prezidenti Bəşər Əsədlə, həm də Vaşinqtonla əməkdaşlıq etməsinin asan olduğunu bildirən V.Putin bunu ABŞ prezidenti Barak Obama ilə də müzakirə etdiyini deyib.
Rusiya prezidenti bunun niyə asan olduğunu isə bu sözləri ilə açıqlayıb: "Çünki biz ikiüzlülük etmirik, Suriya mövzusunda fikrimizi dəyişmirik".
Milli.Az