Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Günəşli"dən SON XƏBƏR

"Günəşli"dən SON XƏBƏR

Date: 20 December 2015 12:42

""Günəşli" platformasındakı 10 saylı dərin dəniz özülündə dekabrın 4-də baş vermiş qəza nəticəsində itkin düşənlərin axtarışları davam etdirilir. Hava şəraiti axrarış üçün tam əlverişlidir. Ancaq itkin düşənlərdən hələlik heç kimi tapmaq mümkün olmayıb".

Milli.Az xəbər verir ki, bu barədə anspress-ə "Günəşli" platformasında baş vermiş qəza ilə əlaqadar yaradılmış qərargahdan məlumat veriblər. Bildirilir ki, hazırda axtarışlara Fövqəladə Hallar Nazirliyinin1 gəmisi, 1 helikopteri və 1 təyyarəsi, həmçinin Dövlət Sərhəd Xidmətinin 5 axtarış gəmisi və AZAL-ın 2 təyyarəsi cəlb edilib. Bundan başqa itkin düşənlərin tapılması istiqamətində dalğıclar da axtarış işlərini davam etdirirlər.

Qərargahdan yanğın ilə əlaqadər olaraq bildirdilər ki, neft quyularında yanğının qarşısı tam alınıb:

"Qaz quyularında isə təəssüf ki, hələlik yanğın davam edir. Yanğının qarşısının alınmasında əsas çətinlik hava şəraitidir. Hazırda xarici mütəxəssislər yanan qaz quyularınının söndürülməsi üçün bütün lazım olan texnikanı hazır vəziyyətə gətiriblər. Ancaq hava şəraiti hələlik işləməyə imkan vermir. Hava şəraiti uyğun olan kimi, qaz quyularında baş verən yanğın söndürüləcək", - deyə qərargahdan bildirdilər.

Aparılan tədbirlər nəticəsində yanan neft quyularının hamısını söndürmək mümkün olub. Yanan üç qaz quyusunun söndürülməsi istiqamətində isə kompleks tədbirlər davam edir. 

FHN-nin dövlət yanğından mühafizə xidmətinin rəis müavini Rza Xudiyev 2 gün əvvəl 10 saylı dərin dəniz özülündə təhlükənin sovuşduğunu bildirmişdi: "Artıq alovun yanması vertikal vəziyyətdədir. Alovun yanması vertikal vəziyyətdə olanda, yanğın ətraf konstruksiyalar üçün bir o qədər də təhlükə yaratmır. Hazırda yanğının hündürlüyü 8 metrdir. Bu isə zəif fantanlar qurupuna aiddir. Hesab edirəm ki, yaxın günlərdə yanğının tam söndürülməsi başa çatdırılacaq".

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 23 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Bir neçə gün əvvəl itkin düşənlərdən 6 nəfərin cəsədi dekabrın 7-də tapılıb. Onlar platformadan 65-70 kilometr aralıda tapılıb. 

Milli.Az


Tags:  Günəşlidən SON XƏBƏR


RƏYLƏR


Top news