Azərbaycanda bir ilk (FOTO)

Azərbaycanda bir ilk (FOTO)
13:16 20 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda I Milli İnsan Resursları Forumu (MİRF 2015) keçirilib.

ANS PRESS-in məlumatına görə, forumda 140-dan çox şirkət iştirak edib.

Tədbirin həmtəsisçilərindən biri olan Cabir Süleymanlı açılış nitqində bilik paylaşdıqca artar prinsipi ilə bu yola çıxdıqlarını və forumun əsas məqsədinin insan resursları sahəsində çalışan peşəkarların öz biliklərini bir - birləri ilə paylaşmaları olduğunu bildirdi.

Son illərdə insan resurslarının idarə edilməsi sahəsinə göstərilən maraq fonunda bu cür tədbirlərin önəmini vurğulayan təşkilatçılar, forumda iştirak edən 140-dan çox şirkətdən 250 iştirakçının olmasının da bunun bir göstəricisi olduğunu vurğuladılar.

Hər birində 1 moderator və 5 spiker olan 3 paneldən ibarət forum 1 gün boyunca davam edib. Spikerlər forumun təsisçilərinə və koordinatoru Elmira İsmayılovaya, eləcə də bütün təşkilat komandasına təşəkkürlərini bildirib, bu sahənin inkişafı üçün forumun gözəl bir addım olduğunu və davamlı olması arzusunu səsləndirdilər.



Forumun spikerləri


Forumun sonunda çıxış edən digər həmtəsisçi Murad Məlikov tədbirin hər il keçirilməsini, bununla yanaşı il boyunca bir neçə fərqli tədbirlərlə biraraya gəlməyin də planlaşdırıldığını bildirdi.


Forum iştirakçıları

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367729

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR