Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur sənətçi vəfat etdi

Məşhur sənətçi vəfat etdi

Date: 20 December 2015 13:17

Məşhur alman dirijor Kurt Mazur dekabrın 19-da 88 yaşında dünyasını dəyişib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Mazurun 1991-2002-ci illərdə baş dirijoru olduğu Nyu-York Filarmoniyasının orkestrı məlumat yayıb. Onun hansı şəraitdə və nədən öldüyü bildirilmir. Məlumdur ki, musiqiçi uzun müddət Parkinson xəstəliyindən əziyyət çəkib.

Mazur dünyanın ən görkəmli dirijorlarından biridir.

Kurt Mazur 2002-ci ildən Fransa milli orkestrinə rəhbərlik edib. O, həmin müddətdə həm də London Filarmoniya orkestrində baş dirijor olub.

Milli.Az


Tags:  Məşhur sənətçi vəfat etdi


RƏYLƏR


Top news