Pakistanda iki yol-nəqliyyat hadisəsi nəticəsində on nəfər həlak olub

Pakistanda iki yol-nəqliyyat hadisəsi nəticəsində on nəfər həlak olub
14:18 20 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


İslamabad, 20 dekabr, AZƏRTAC
Ötən gecə Pakistanda baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində on nəfər həlak olub, iyirmi nəfər yaralanıb.
Belə ki, Bəlucistan əyalətinin Xuzdar dairəsində iki mikroavtobusun toqquşması nəticəsində səkkiz sərnişin həlak olub, 15 nəfər yaralanıb. Pəncab əyalətində isə yük maşınının minik avtomobilinə çırpılması iki nəfərin ölümü, beş nəfərin yaralanması ilə nəticələnib. Hər iki hadisədə yaralananların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.
Pakistanda hər ay onlarla adam yol-nəqliyyat hadisələrinin qurbanı olur. Buna əsas səbəb kimi yolların bərbad olması və sürət həddinin aşılması göstərilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pakistanda_iki_yol_neqliyyat_hadisesi_neticesinde_on_nefer_helak_olub-912802

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR