Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Həftənin ilk iş günü üçün hava necə olacaq

Həftənin ilk iş günü üçün hava necə olacaq

​8 Martda hava necə olacaq? (06 Mart 2017 16:02)
Həftənin ilk iş günü üçün HAVA PROQNOZU (05 Mart 2017 12:29)
​Azərbaycanda 9 gün iş olmayacaq - Novruz bayramı (27 Fevral 2017 13:59)

Tarix: 20 Dekabr 2015 14:22

Dekabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 0-4° isti, gündüz 9-12° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında, əsasən, yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Milli.Az


Teqlər:  Həftənin ilk günü hava olacaq



RƏYLƏR


Top xəbərlər