Xalq artisti: "Həyatda ən böyük itkim oğlumdur"

Xalq artisti: "Həyatda ən böyük itkim oğlumdur"
14:29 20 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Xalq artisti Arif Quliyev musavat.com saytına müsahibə verib.
 
Lent.az həmin müsahibəni təqdim edir: 

- 42 ildir ki, sənətdəsiniz. Sizi xalqa hansı xüsusiyyətləriniz sevdirdi? 

- Sənətkarı xalqa səmimiliyi sevdirir. Tamaşaçılarıma qarşı sadə olmuşam, özümü dartmadan, öymədən, qarşımdakından üstün tutmadan təqdim etmişəm. Mən lovğalanan adam deyiləm. Hələ də özümdən razı deyiləm, daim səmimiyyət göstərməyə, ünsiyyət qurmağa çalışmışam. 42 il sənətdə olmuşam. İndi prezident təqaüdçüsüyəm, xalq artistiyəm. Qızıl Dərviş Mükafatı, Humay Mükafatı, Zirvə Mükafatı, o vaxtlar Komsomol, indi Gənclər Mükafatına layiq görülmüşəm. Həmişə düşünürəm ki, nə qazanmışamsa, tamaşaçıların hesabına olub. Mən onların qarşısında baş əyirəm. Tamaşaçı məni sevməsəydi, gözəl adlara layiq görülməzdim. Biz camaatın çörəyini yeyirik, toylara gedirik. Xalq bizi sevməsə, məclisinə dəvət etməz. 

- Bu qədər xalq sevgisi qazanan Arif bəyin itirdikləri nələr olub? 

- Sənətdə olan insanlar çox şey itirir. Tamaşada, qastrollarda olursan. Vaxt ayıra bilmədiyin üçün dost itirirsən. Ailənə fikir verə bilmirsən, münasibətlər zəifləyir. Gərək ailə ilə sənət arasındakı münasibətləri tarazlayasan. Oğluma çox vaxt ayırmadım, ona fikir vermədim deyə pis uşaqlara qoşuldu, məhbus oldu, buraxıldı, sonra xəstəlik tapdı, rəhmətə getdi. Onu itirməyin səhvini özümdə görürəm. Oğluma vaxt ayıra bilmədiyim üçün özümü bağışlaya bilmirəm. Qastrollara, tamaşalara çox vaxt ayırdım, uşağa nəzarət edə bilmədim. Oğluma az nəzarət etdiyim üçün onu itirdim. Həyatda ən böyük itkim oğlumdur. 

- Çətinliklərlə dolu həyat yaşamısınız. İnsanları güldürmək sizin üçün nə qədər çətin olub? 

- Bütün çətinlikləri Allahın qisməti olaraq qəbul etmişəm. Dünən çətinliklər görməsəydim, bu günün qədrini bilməzdim. Hər zaman dünəni unutmayıb, bu günə qiymət verib, gələcəyə açıq zehinlə yanaşmışam. Ağır günlər yaşamasaydım, bu gün Arif olmazdım. Miskinli, ağrılı, valideynsiz günləri gördüyüm üçün sənətdə uğur qazanmağa çalışmışam, istəmişəm ki, insanların üzünü güldürüm. Aktyorluğu canımda hiss etdiyim üçün bu sənətə marağım artıb. Aktyorluq gərək insanın canında, qanında, ritmində, özündə və sözündə olsun. Mən xoşbəxtəm ki, insanların ürəyinə sevgi, gülüş, səmimiyyət toxumu səpirəm. 

Qoy polislər eşitməsin, 
Qorxulu bir sirr deyirəm: 
Çoxdandır ki, bir arzum var,
 Oğru olmaq istəyirəm!… 

İnsanların arasından 
Əqidəsiz adamları, 
Vicdanını pula satan nadanları 
Oğurlamaq istəyirəm! 


Nüsrət Kəsəmənlinin bu şeirini çox sevirəm. Mən də insanların ürəyindən qəmi, kədəri, ayrılığı oğurlayıb, yerinə gülüş toxumu əkmək istəyirəm. 

- İnsanları güldürmək asandır, yoxsa ağlatmaq? 

- Hər insan özünəməxsus keyfiyyət və xüsusiyyətlərə malikdir. İnsanları güldürmək çətindir. Çünki insanı düşündürməlisən. Nümayiş etdirdiyin hadisəyə onlar inanmalıdır. Mənalı söz danışmalısan ki, həqiqi gülüş olsun. İnsanı ağlatmaq asandır ağlamalı hadisə danışaram hamı kədərlənər. Mən gənc olanda yataqxanada qalırdım, hamı getmişdi, mənim evim olmadığı üçün orada qalmışdım. Oturub televizora baxırdım. Orada balıqçılar balıq tuturdular, mənim də könlüm balıq istədi, acmışdım, yeməyə heç nə yox idi. Axşamçağı idi. Düşündüm ki, vağzala gedib yük daşıyıb pul qazanım və yemək alım. Axşam 22:30-da Gəncədən gələn qatar Bakıya çatırdı. Yasamaldan vağzala kimi piyada getdim. 6-cı vaqondan bir qadın məni çağırdı. Dedi ki, 10-15 yeşiyi daşı. Yeşikləri daşıyanda biri əlimdən düşüb partladı. Yeşiyin yarığından balıqlar göründü. Düşündüm ki, bu qadın mənə az pul verəcək, mən o pula balıq ala bilmərəm. Yeşiyin birini götürüb qaçdım. Vağzaldan Yasamala kimi piyada qaça-qaça gəldim. Qabım da, yağım da yox idi. Tapdığım köhnə vedrədə balığı qaynadıb çörəksiz yedim... 

Başımıza gələn bu cür kədərli hadisələri danışsaq, tamaşaçını asanlıqla ağlada bilərik. Gülüş isə islahedici və tərbiyələndiricidir. Gülüş var ki, itidir sanki bir qılınc qədər Gülüş var ki, həyatda hər nə istəsən edər. Gülüş var ki, insanlar onunla qiymət alır Gülüş var ki, onunla özünü gözdən salır. Gülüşün də norması, qədər var. Çox gülüş lağlağıya çevrilir və münasibətləri pozur. Güldürməyin düşündürmək qədər fəlsəfi anlayışı olmalıdır.
 
- Arif Quliyev kimlərə gülür? 

- Həmişə Yaşar Nurinin obrazlarına gülmüşəm. İndi də baxanda gülürəm. Hacıbaba Bağırov, Siyavuş Aslanı daim izləmişəm. Mənim üçün Nəsibə Zeynalovanın sənəti mayak olub, ondan bəhrələnmişəm. Onlar təbii ifaları ilə insanların ürəyinə yol tapıblar. 

- Hazırkı yumoristlərdən kimləri bəyənirsiniz? 

- Cabir və Tahir İmanovları bəyənirəm. KVN teatrının əsasını qoyublar, öz ətraflarına istedadlı və dəyərli aktyor nəsli toplayıblar. Onlar intellektual mənası olan tamaşalar göstəriblər, insanların problemlərini nümayiş etdiriblər. "Bu şəhərdə" Coşqun və Rafael artıq insanları özlərinə cəlb edə biliblər. Fərda Xudaverdiyev, Müşfiq Şahverdiyev və Elməddin Cəfərov öz istedadının işığında parlayan aktyorlardandır. Teatrlarımızda da istedadlı gənc aktyorlar var, onların tamaşalarına getmək lazımdır.
 
- Bəzən yumoristlər hər hansı problemi tamaşalarında canlandırdıqları üçün təzyiqlərə məruz qalırlar. Sizin başınıza belə bir hadisə gəlib?
 
- Mənə heç vaxt təzyiq olmayıb. Hər şeyin əndazəsi var. Əndazədən çıxanda insanlara xoş gəlmir. Bir müğənnini, məmuru eybəcər hala salsan, əlbəttə o etiraz edəcək. İnsanı parodiya etmək olar, lakin onu karikaturaya çevirmək olmaz. Bəzən saytlar, qəzetlər yalan məlumat yayır. Biri yazır ki, Arif Quliyev bir qızla metroda qol-qola gedirdi: “Mənbənin verdiyi məlumata görə, o qızla Arif 6 aydır ki, görüşür...” O yazar mənbəsiz, yalan məlumat yayır. Əgər mənbən varsa, adını açıqla. İki dəfə mənim rəhmətə getdiyimi yazıblar. Mənə zəng edib dedilər ki, Arif bəy deyirlər ölmüsünüz. O xəbəri yazanı tapıb, danladım. İndi qərar çıxıb ki, mənbəni ya açıqla, ya yalan məlumat yayma. Yalan məlumat yazanlar cəzalanacaq. Hədəfli tənqiddə yumorist müqavimətə rast gələ bilər. Gülüşün də, satiranın da, deyimin də yerini bilmək lazımdır. Gərək elə edəsən ki, nə şiş, nə də kabab yansın. Hər şeyi səhnədə göstərmək olmaz.
 
- Maddi durumunuz necədir? 

- Bu sənətə gələn bilməlidir ki, gəliri az olacaq. İncəsənət qurban tələb edir. Əsl sənəti sevən insan işin maddi tərəfini düşünmür, insanların sevgisini qazanmağa çalışır. Heç vaxt maddiyyat düşünməmişəm. Qazandığım xalq sevgisi mənim çörəyim-suyumdur. Sənəti özündə sevmək lazımdır. Mən prezident təqaüdçüsüyəm. Xalq artisti adına görə pulumu da, təqaüdümü də alıram. El şənliklərinə gedirəm. Mən qiymət demirəm. Bəzən deyirlər ki, qiyməti 3-5 mindir. İnsanın qiyməti olmaz. 

- İki il öncə bir qadın efirə çıxmışdı ki, ananızdır. Həqiqətən valideynləriniz gəlsəydi, qəbul edərdinizmi? 

- Valideynlərimi hər an qəbul etməyə hazıram. Onları erkən yaşda itirmişəm, naməlum bir adam məni uşaq evinə qoyub, internat məktəbində oxumuşam. 19-cu "anam" Sabirabaddan gəlmişdi, qanımızı yoxladılar, düz gəlmədi. Valideynim olduğunu deyən hər kəsin ayağına gedib gəlmişəm. Demişəm ki, onu ana kimi qəbul edirəm. İrandan bir oğlan gəlmişdi. Dedi ki, qardaşıq. Atamız bazarda iki nəfər dalaşanda davaya girişib və güllə dəydiyi üçün rəhmətə gedib. Səni də xalam Bakıya gətirib uşaq evinə qoydu. Dedim ki, mənə sənəd göstər.
 
O, solmuş, saralmış bir dağ kimidir,
 Beli də bükülüb, yumaq kimidir, 
Çətinə düşdümmü onu anıram, 
Anıram, sanıram, qanadlanıram.
 O mənim arxamda bir dağ kimidir.
 

Həqiqi valideynlərim gəlsə, qəbul edərəm, sevinərəm. Hər yaşda insana valideynlər dayaqdır. Hazırda 65 yaşım var. Çətin ki, bundan belə valideynlərim sağ olsun.
 
- Arzusunda olub, oynaya bilmədiyiniz obraz varmı? 

- Mən iddialı adam deyiləm. Hansı rolu veriblərsə, oynamışam, böyük rol üçün dalaşmamışam. Böyük rollardan qaçmışam. Mənə verilən obrazların hamısına övladım kimi baxmışam, onları sevə-sevə çatdırmışam. Rollarımı övladım kimi sevmişəm. Oynadığım obrazların çəkisini, dəyərini, yerini, mənasını düzgün ünvana çatdırım.


 

 

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

700 bal toplayanların sadə sirri: Öz dillərindən eşidin - FOTOLAR

24 İyul 2017 18:58

Qurban Qurbanov: "Şerif" rəqibi oynamağa imkan verməyən bir komandadır"

24 İyul 2017 18:57

Xalq artistindən Səmraya dəstək: "Köməyə hazıram"

24 İyul 2017 18:57

Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil

24 İyul 2017 18:55

"Brexit" və "Frexit": Aİ-də siyasi təlatümlər davam edir

24 İyul 2017 18:52

Londona uçan sərnişin havada təyyarənin qapısını açmaq istədi - FOTO

24 İyul 2017 18:52

“Soçi görüşü Rusiya tərəfindən Azərbaycanın müttəfiq kimi qəbul edilməsinin göstəricisidir”

24 İyul 2017 18:48

Televizor, planşet uşaqları lal edə bilər - HƏKİMLƏRDƏN HƏYƏCAN TƏBİLİ

24 İyul 2017 18:47

Dunayda sərnişin gəmisində YANĞIN - Yaralananlar var

24 İyul 2017 18:47

“Yay məktəbi”nə əlavə qeydiyyat başa çatıb

24 İyul 2017 18:42

Əli Mirəliyevlə bağlı sürpriz qərar

24 İyul 2017 18:40

Sabahdan müəllimlərin imtahanı başlayır

24 İyul 2017 18:38

"Evdə tək" filminin məşhur aktyoru VƏFAT etdi - FOTO

24 İyul 2017 18:37

Osman Kulibali: ""Qəbələ"dən qorxmuruq"

24 İyul 2017 18:37

Prezident millət vəkillərinin parlamentə girişini qadağan etdi

24 İyul 2017 18:33

Azərbaycanlılar Türkiyədə beşinci oldular

24 İyul 2017 18:32

Günay keçmiş əri haqda: "Heç gəlib oğlunu görmür" - FOTOlar

24 İyul 2017 18:32

Milli Mətbuat Günü münasibətilə velosiped yarışı keçirilib - FOTOLAR

24 İyul 2017 18:27

"Bəxt üzüyü"nün "Hüseyn"i illər sonra - FOTO

24 İyul 2017 18:27

İran denominasiyaya hazırlaşır

24 İyul 2017 18:27

Eynək zədələnərsə... - Pulunuzu cibinizdə saxlayacaq 6 ÜSUL

24 İyul 2017 18:23

"Barselona" Neymarın məvacibini artıracaq?

24 İyul 2017 18:22

DİN vətəndaşlara müraciət edib

24 İyul 2017 18:20

Çaylarda suyun səviyyəsi azalıb?

24 İyul 2017 18:18

700 bal toplayan abituriyent: "Təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram”

24 İyul 2017 18:17

Məhkəmə icraçısı nazirlik binasının 17-ci mərtəbəsindən yıxılaraq öldü - VİDEO - Rusiyada

24 İyul 2017 18:12

Ürəyi 3 dəfə dayanan aparıcı: "Bakıda olsaydım, bu gün 7 mərasimim idi..." - FOTO

24 İyul 2017 18:12

Azyaşlı bacısı qıznının əllərini bağlayıb, məcbur porno izlətdi - FOTO

24 İyul 2017 18:12

"Adi kətan da geyinsəm, Elzalığım bilinəcək"

24 İyul 2017 18:12

Yaqub Zurufçu Ermənistana getməyə hazırlaşan Ququş haqqında BÜTÜN SİRLƏRİ AÇDI

24 İyul 2017 18:08

Zirə-Türkan avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

24 İyul 2017 18:07

Səlahət "Neftçi" ilə Avstriyaya getdi

24 İyul 2017 18:07

Bakıda qanunsuz zibilxana yaranıb

24 İyul 2017 18:05

İsrailin Müdafiə Nazirliyi Azərbaycan polisi ilə əməkdaşlıqda maraqlıdır

24 İyul 2017 18:05

Əfsanəvi kompüter proqramı tarixə qovuşur

24 İyul 2017 18:03

BBF-də gənc sahibkarlara təlim keçən Manu Şarma: “Azərbaycanda da ən azından Kanadadakı qədər sosial sahibkarlığa maraq var”

24 İyul 2017 18:02

"Ermənistan münaqişənin həllində maraqlı deyil" - XİN

24 İyul 2017 17:59

Ağstafa sakini 1 litr arağı birnəfəsə içdi - VİDEO

24 İyul 2017 17:58

"Bakıda olsaydım, bu gün 7 mərasimim idi"

24 İyul 2017 17:58

DİN borclu və axtarışda olan şəxslərlə bağlı vətəndaşlara müraciət etdi

24 İyul 2017 17:57

"Moskva-Bakı münasibətlərinin inkişafı Rusiyada müəyyən bir qüvvənin ürəyincə deyil"

24 İyul 2017 17:57

Səbinə ikinci dəfə ana olacaq - FOTO

24 İyul 2017 17:57

Akif Çovdarovun evindəki həqiqətlər açıldı

24 İyul 2017 17:53

Sumqayıtda gəlin 3 uşağını atıb evdən qaçdı - FOTO

24 İyul 2017 17:52

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ: imtahanlar başlayır

24 İyul 2017 17:52

Mələkxanımın ailəsində xoş gün - FOTO

24 İyul 2017 17:52

I və IV ixtisas qruplarının imtahan nəticələri açıqlanıb

24 İyul 2017 17:51

Gel - şellak tipli dırnaq boyalarının qorxunc zərərləri

24 İyul 2017 17:48

İmtahan nəticələri açıqlandı – 3 nəfər 700 bal topladı

24 İyul 2017 17:48

Sabah müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start veriləcək

24 İyul 2017 17:47