Şəhidimiz torpağa tapşırıldı

Şəhidimiz torpağa tapşırıldı
14:32 20 Dekabr 2015
88 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Ordusunun ötən gün erməni silahlı bölmələri ilə döyüşdə şəhid olan əsgəri, 1997-ci il təvəllüdlü Nurməmmədzadə İbrahim Əvəz oğlu bu gün dəfn olunub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, cəbhənin Beyləqan istiqamətində  şəhid olan əsgər bu gün doğulduğu Xaçmaz rayonu, Xudat şəhərində torpağa tapşırılıb.

İ.Nurməmmədzadə Xaçmaz rayon Hərbi Komissarlığında bu ilin iyul ayında hərbi xidmətə yola salınıb.

Dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, əsgərin xidmət etdiyi hərbi hissəsinin hərbçiləri, rayon sakinləri iştirak ediblər. 

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR