Deputat: Əfqanıstan Prezidentinin Azərbaycana səfəri qarşılıqlı münasibətlərdə yeni səhifə açacaq

Deputat: Əfqanıstan Prezidentinin Azərbaycana səfəri qarşılıqlı münasibətlərdə yeni səhifə açacaq
14:48 20 Dekabr 2015
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva-Trend:

Əfqanıstan İslam Respublikası Prezidentinin Azərbaycan Respublikasına səfəri qarşılıqlı münasibətlərdə yeni bir səhifə açacaqdır. Bunu Trend-ə millət vəkili, professor Musa Qasımlı deyib.

M.Qasımlı hesab edir ki, ki ölkə arasında münasibətlərdə müzakirə ediləcək çoxlu məsələlər var. Bu məsələlər diplomatik-siyasi, iqtisadi, hərbi, mədəniyyət və humanitar və s.-ə aiddir. Bu münasibətlər üzrə əməkdaşlığın geniş perspektivlərinin olduğunu deyən millət vəkilinin sözlərinə görə, Azərbaycan-Əfqanıstan münasibətlərinin dərin tarixi kökləri var: "Hələ orta əsrlərdə Azərbaycandan köçürülmüş bəzi azərbaycanlı tayfalar hazırda Əfqanıstanda yaşayırlar və dədə-babalarının yurdlarını unutmurlar. Sovet hakimiyyətinin ilk illərində - 1919-cu ildə Əfqanıstan şahı Əmənulla xan Moskvaya səfər edən zaman onu vağzalda Nəriman Nərimanov qarşılamış və Azərbaycan dilində salamlamışdı. Sovet dövründə Azərbaycan sovet-əfqan münasibətlərində müstəsna rol oynamışdı. Azərbaycanın ali məktəblərində əfqan tələbələr təhsil alırdılar. Hətta qarışıq nikahlar da vardır".

M.Qasımlı qeyd edib ki, dövlət müstəqilliyi bərpa edildikdən sonrakı illərdə Azərbaycan Respublikası və Əfqanıstan İslam Respublikası arasında diplomatik münasibətlər quruldu. Azərbaycan Respublikası 2001-ci ildən sonra bu ölkədə həyata keçirilən antiterror koalisiyasında və sülhüqoruma əməliyyatlarında fəal iştirak etdi və əfqan cəmiyyətinin rəğbətini qazandı. M.Qasımlının sözlərinə görə, Azərbaycan dövləti Əfqanıstan üçün diplomatik kadrlar hazırlayır və digər yardımları edir.

Qeyd edək ki, dekabrın 22-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin yüksək vəzifəli nümayəndə heyəti ilə Azərbaycana bir günlük rəsmi dövlət səfəri gözlənilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2471772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR