Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda “Gənclər və psixologiya” mövzusunda konfrans keçirilib

Date: 20 December 2015 15:13


Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də Bakıda “Gənclər və psixologiya” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə təşkil edilən tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, qurumun fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Konfransı giriş sözü ilə açan Mərkəzin direktoru Təranə Məmmədova bildirib ki, psixi pozğunluq daha çox gənc və orta yaşlarda olan insanlarda müşahidə edilir. Belə xəstəlikdən əziyyət çəkən şəxslərin yaxınları bunu çox vaxt ictimaiyyətdən gizli saxlayırlar. Beynəlxalq səviyyədə aparılan araşdırmalar göstərir ki, dünyada milyonlarla insan psixi və davranış pozuntularından əziyyət çəkir.
Milli Məclisin deputatı Qənirə Paşayeva çıxışında kütləvi informasiya vasitələrinin gənclər üzərində psixoloji təsirindən danışıb. Deputat bildirib ki, gənc və orta yaşlı insanlarda psixi pozğunluq hallarının daha çox müşahidə edilməsi həmin şəxslərin problemlərinin çox olması ilə əlaqədardır. Yaşlı insanlar gənclərdən fərqli olaraq, baş verən hadisələrlə daha asan razılaşırlar. Sözsüz ki, onların gənclərlə müqayisədə gələcək qayğıları azdır.
Digər çıxışçılar psixologiya sahəsində yeniliklər, gənclər arasında psixoloji maarifləndirmə işinin səviyyəsi, bu istiqamətdə problemlər barədə danışıblar.
Konfransın sonunda “Psixologiya Akademiyası” layihəsinə yekun vurulub. İki ay davam edən layihədə iştirak edən 160 nəfərə sertifikatlar təqdim olunub.

Tags:  Bakıda Gənclər psixologiya mövzusunda konfrans keçirilib


RƏYLƏR


Top news