"Kəpəz"-"Neftçi" oyununda insident baş verib

"Kəpəz"-"Neftçi" oyununda insident baş verib
15:17 20 Dekabr 2015
144 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 dekabr. REPORT.AZ/ Topaz Premyer Liqasında 18-ci turun "Kəpəz"-"Neftçi" qarşılaşmasında insident bas verib.
"Report"un məlumatına görə, hakimin qərarına əsəbləşən "Kəpəz"in baş məşqçisi Şahin Diniyev auta çıxan topa zərbə vurub. Bu hərəkət "Neftçi"-nin 15 nömrəli oyunçusu Ramosun etirazına səbəb olub. Nəticədə Ramosla Şahin Diniyev arasında qarşıdurma yaranıb. Oyun bir neçə deqiqəliyinə dayandırılıb.
"Neftçi"-nin oyunçularının müdaxiləsi nəticəsində mübahisə dinc yolla bitib və Ramos Diniyevdən üzr istəyib.
Hazırda qarşılaşmanın ikinci hissəsi davam edir. "Kəpəz" Tərlan Quliyevin qolu ilə 1-0 hesabıyla "Neftçi"dən öndədir.



Xəbərin orijinal ünvanı: http://report.az/futbol/kepez-neftci-oyununda-insident-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR