Vurulan Rusiya qırıcısı ilə bağlı YENİ XƏBƏR

Vurulan Rusiya qırıcısı ilə bağlı YENİ XƏBƏR
15:27 20 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl Türkiyə-Suriya sərhədində vurulan Rusiya təyyarəsinin "qara qutu"su açılıb. 

Milli.Az-ın lent.az-a istinadən məlumatına görə, televiziya ilə canlı yayımlanan prosesdə İngiltərə, Çin və Hindistan mütəxəssisləri və bəzi diplomatlar iştirak ediblər.
 
Araşdırma qrupunun rəhbəri Nikolay Primak cihazın ilkin müayinəsindən sonra "SU 24"ün uçuşu ilə bağlı  məlumatların silinə biləcəyini deyib. O qeyd edib ki, cihazın yaddaş kartı zədələnib.
 
Bildirilib ki, "qara qutu"nun məlumatları bazar ertəsi ictimaiyyətə açıqlanacaq.
 
Qeyd edək ki, noyabrın 24-də Türkiyə sərhədini 17 saniyə boyunca pozan Rusiya qırıcısı vurulub. Rəsmi Moskva təyyarəsinin Türkiyə sərhədini pozmadığını bəyan edib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR