İspaniyada parlament seçkiləri keçirilir

İspaniyada parlament seçkiləri keçirilir
15:33 20 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də İspaniyada parlament seçkiləri keçirilir.
Ekspertlər hesab edirlər ki, bu seçkilər nəticəsindən asılı olmayaraq, İspaniyanın siyasətində dönüş məqamı olacaq. İspaniya parlamentindəki yerlər, həmçinin hökumət qurmaq uğrunda ilk dəfə olaraq iki deyil, dörd partiya yarışır. Belə ki, PP və PSOE ilə yanaşı, “Ciudadanos” və “Podemos” da parlamentdə təmsil olunmağa iddialıdır.
Seçki ərəfəsində aparılan sorğuların nəticəsi göstərir ki, koalisiya hökumətinin qurulacağı ehtimalı çox yüksəkdir.
İspaniya parlamentində 350 deputat yeri var. Hər hansı partiya təkbaşına hökumət qurmaq üçün parlamentdə ən azı 176 deputatla təmsil olunmalıdır. Lakin sorğular göstərir ki, ən çox yeri hakim PP partiyası qazanacaq. Bu partiyanın ən çox 120 deputatla təmsil olunacağı ehtimal edilir.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ispaniyada_parlament_sechkileri_kechirilir-912805

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR