Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sumqayıtda “Mərhəmətli olmağa tələsin!” devizi ilə keçirilən xeyriyyə aksiyasına yekun vurulub

Sumqayıtda “Mərhəmətli olmağa tələsin!” devizi ilə keçirilən xeyriyyə aksiyasına yekun vurulub

Date: 20 December 2015 15:38


Sumqayıt, 20 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC 
“Azərikimya” İstehsalat Birliyinin və Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AQAC) Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə keçirilən “Mərhəmətli olmağa tələsin!” xeyriyyə aksiyasına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AQAC-ın Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova artıq ənənə halını almış aksiyaya fəal qoşulan təşkilatların nümayəndələrinə minnətdarlığını bildirib.
“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə uşaqları təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.
Aksiyada fəal iştirakı ilə seçilən idarə və müəssisələrin nümayəndələrinə təşəkkür plaketləri təqdim olunub.
Qeyd olunub ki, aksiyada Sumqayıtın bütün ümumtəhsil müəssisələrindən təhsil alan hər iki valideynini itirmiş şagirdlər, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi tipli internat məktəbinin şagirdləri və AQAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan əlil ve imkansız uşaqların isti qış geyimləri ilə təmin olunması nəzərdə tutulub. Geyimlərin alınmasına “Azərikimya” İB, “Azərtexnolayn” MMC, “Xəzər” SC, “Paşa Həyat” sığorta şirkəti, “Rahat” marketlər şəbəkəsi, “Delta Qrup”, Sumqayıt Dövlət Universiteti, “Sumqayıt” Peşəkar Futbol Klubu, “Alyans” Tekstil Fabriki, karbamid zavodu fəal iştirak edib.
Bir ay ərzində davam edən aksiya nəticəsində 200-dək uşağa isti qış geyimləri paylanılıb. Sağlamlıq imkanları məhdud olan uşaqlara geyimlər onların yaşadıqları ünvanda çatdırılib.

Tags:  Sumqayıtda Mərhəmətli olmağa tələsin devizi ilə keçirilən xeyriyyə aksiyasına yekun vurulub


RƏYLƏR


Top news