Bakı. 20 dekabr. REPORT.AZ/ Çində torpaq sürüşməsi nəticəsində azı 41 nəfər itkin düşüb.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Şençjen şəhərində baş verən təbii fəlakət səbəbindən 22 ev dağılaraq daş və palçıq altında qalıb.
Təhlükəli ərazilərdən 900 nəfər təxliyə edilib. İtkin düşənlərin axtarışı üçün fəlakət zonalarına yüzlərlə xilasedici cəlb olunub.