Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda yeni qurum yaradıldı

Azərbaycanda yeni qurum yaradıldı

Date: 20 December 2015 15:58

Bakı. İlhamə İsabalayeva-Trend:

Azərbaycanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində payları dövlətə məxsus, özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı baş nazir Artur Rasi-zadə qərar verib.

Yeni qurumun yaradılmasında məqsəd əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması və elektron idarəçilik üzrə bacarıqların inkişaf etdirilməkdir.

Qərara əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu qərarın 1-ci hissəsi ilə yaradılmış “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəetmə orqanının yaradılmasını qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin etməli, Əmlak Məsələləri Dövlət Komitəsi MMC-nin nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməlidir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycanda yeni qurum yaradıldı

RƏYLƏR


Top news