Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Türkiyə üçün Qazaxıstana müraciət etdi - FOTO

Azərbaycan Türkiyə üçün Qazaxıstana müraciət etdi - FOTO

Date: 20 December 2015 16:32

Qazaxıstan kütləvi informasiya vasitələri (KİV) yükdaşıma üçün növbə gözləyən onlarla yük maşınının Aktau limanına dəniz limanında qaldığı barədə məlumat yayıb.

Anspress-in Qazaxıstan KİV-nə istinadən verdiyi məlumata görə, buna səbəb kimi onlar Azərbaycana məxsus bərələrin kifayət etməməsi göstərilir. Bildirilir ki, Türkiyədən Qazaxıstana və Qırğızıstana məhsul gətirən yük maşınları geri qayıtmaq üçün Aktau limanında gözləməyə məcbur olublar.


Qazaxıstanda gözləyən tırlar

Limanın kapitanının sözlərinə görə, Azərbaycana məxsus bərələr fasiləsiz işləyir, amma yenə də tırlar Qazaxıstanda ilişib. Qazaxıstan KİV yazır ki, hazırda həmin ölkədə 80 iritonnajlı yük avtomobili Bakı dəniz limanına gəlmək üçün gözləyir. 


Aktau limanı

Məsələni anspress-ə şərh edən Xəzər Dəniz Gəmiçiliyinin mətbuat katibi Vüqar Sadıxov bildirdi ki, bu cür şəraitin yaranmasına səbəb Azərbaycan bərələrinin sayı ilə bağlı deyil.

"Aktau limanında cəmi bir yanalma körpüsü var. Bizimkilər həmin limanda növbə gözləyirlər. Bizim bərələrin iş qrafikində heç bir problem yoxdur. Mütəmadi olaraq bərələrimiz işləyir və hər gün hətta əlavə reyslər də göndərilir. Ancaq qarşı tərəfin yanalma körpüsü bir dənə olduğu üçün boşaltma və yükləmə zaman tələb edir. Ona görə də limandakı digər gəmilər gözləməli olurlar. Təkcə ayın 18-də Azərbaycanın 4 bərəsi boşaldılması üçün Aktauda növbə gözləyirdi".

Mətbuat katibi Bakıda da yük maşınlarının növbə gözlədiyi barədə yayılan məlumatların doğru olmadığını bildirdi: 

"Biz bu daşımalar üçün 5 bərə ayırmışıq, onlardan 4-ü gedib həmin limanda gözləyir. Əlavə bərələr göndərməyin isə mənası yoxdur. Çünki həmin liman bir dənədir. Həmin yüklər boşalmalıdır ki, orada olanlar Bakıya gətirilsin. Bizim kifayət qədər bərəmiz var, daha çox yük daşıya bilərik. Lakin qarşı tərəfin onu qəbul edəcək limanı yoxdur",- deyə qurum rəsmisi əlavə etdi.


Aktau- Bakı qırmızı xətlə çəkilib

Bütün bu proseslərin hökümətlərarası komisiyanın və və ekspertlərin nəzarətində olduğunu deyən mətbuat katibi bildirdi ki, Qazaxıstan tərəfinə limanda infrasturuktur dəyişikliyi aparılmalı olduğu bildirilib: "Onlara, həmin limana vəsait qoyulmalı olduğu barədə məlumat verilib. Hazırda bütün bu proseslərlə bağlı Nazirlər Kabineti səviyyəsində danışıqlar davam etdirilir", - deyə Vüqar Sadıxov bildirdi.

Dekabr ayının 13-də də Azərbaycan tərəfində-Ələt dəniz limanında yük maşınlarının sıxlığı yaranıb. Limanda 175 tır Aktau limanı istiqamətində hərəkət etmək üçün bərəyə yüklənmə növbəsi gözləyirdi. 

Bu vəziyyət əvvəlki həftə Xəzər dənizində əlverişsiz hava şəraitinə görə Bakıdan bərə əlaqəsinin dayandırılması ilə bağlı olduğunu bildirirdilər. 

Tırların dəniz üzərindən daşınması üçün nəzərdə tutulan bərələrin sayı 3 ədəddir (hər bərə 28 tır tutumuna malikdir - red.). Hazırda iki bərə "Aktau" limanı yaxınlığındadır, biri isə ötən gün yüklənib və Qazaxıstana göndərilib. Bərənin bir limandan digərinə çatma müddəti hava şəraitindən asılı olaraq 18-23 saat təşkil edir.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələrinin və Ələt gömrük postunun məlumatında isə bildirilirdi ki, limanda sıxlığa səbəb Türkiyədən gələn tırların Rusiya ərazisindən keçməsinə tətbiq edilən qadağadır. "Buna görə də tırlar Türkiyə- Gürcüstan-Azərbaycan-Qazaxıstan marşrutu ilə hərəkət edirlər", - deyə məlumat verilmişdi.


Ələt limanı - 13 dekabr 2015

Milli.Az


Tags:  Azərbaycan Türkiyə Qazaxıstana müraciət etdi FOTO


RƏYLƏR


Top news