Ekspert: Əfqanıstan Bakı-Tbilisi-Qars nəqliyyat qovşağının imkanlarından istifadə edə bilər

Ekspert: Əfqanıstan Bakı-Tbilisi-Qars nəqliyyat qovşağının imkanlarından istifadə edə bilər
16:48 20 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əfqanıstan Bakı-Tbilisi-Qars regional nəqliyyat qovşağının imkanlarından istifadə edə bilər.

Bunu bazar günü Trend-ə politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov deyib.

"İki ölkə arasında kifayət qədər sıx ticarət-iqtisadi əlaqələr yaranıb, nəqliyyat və logistika sahəsində müxtəlif layihələrin reallaşdırması planlaşdırılır, Əfqanıstan öz yüklərinin daşınması üçün Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilər", - Sadıxov bildirib.

Onun sözlərinə görə, qarşıdamn gələn görüş Bakının və Kabulun rəsmi şəxslərinin birinci görüşü deyil, iki dövlətin rəhbərləri müxtəlif meydanlarda görüşüblər və ikitərəfli münasibətlər kifayət qədər intensiv müzakirə olunub.

"Onu unutmaq lazım deyil ki, Azərbaycan kontingenti koalisiya gücləri tərkibində çox illər ərzində Əfqanıstanda müxtəlif mülki və hərbi obyektlərin mühafizəsiylə məşğul olaraq bu dövlətin təhlükəsizliyi təmin edir. BMT-ın Baş assambleyasının sessiyasında Azərbaycanın Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşdə Əfqanıstanın XİN rəhbəri açıq bildirdi ki, Azərbaycanın siyasi, sosial və iqtisadi inkişafının modeli Əfqanıstan üçün maraqlı nümunədir. Bu məsələ, şübhəsiz ki, iki dövləti yaxınlaşdırır və onların maraqlarına cavab verir", - Sadıxov qeyd edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2471787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR