Şahin Diniyev üzr istədi: Günah məndədi

Şahin Diniyev üzr istədi: Günah məndədi
16:54 20 Dekabr 2015
43 İdman
Ölkə mətbuatı
A- A+

 

“İlk növbədə mən “Neftçi”dən, Ramosdan, jurnalist və azarkeşlərdən üzr istəyirəm. Nə olursa olsun məşqçi təmkinli olmalıdı. Bilirəm ki, bu sual olacaq və əvvəlcədən üzr istəyirəm, günah məndədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.

 

Topaz Premyer Liqasının XVIII turu çərçivəsində öz meydanında “Neftçi” ilə qarşılaşan gəncəlilərin çalışdırıcısı 1:1 hesablı bərabərlikdən sonra fikirlərini bölüşüb: “Gərgin oyun keçdi. İrəlidə olan komanda hesabı qorumağa, rəqib isə qol vurmağa çalışırdı. Əsgər Abdullayev döyüşkən komanda yaradıb. Mənə elə gəlir ki, nəticə oyuna görə oldu. Düşünürəm ki, liderlərdən çox aralanmamışıq və 3 xallıq sistemdə bu öz yerini tutmalıdı. Azarkeşlərimiz möhtəşəmdi və hər zaman arxamızda dururlar”.

 

- Əsgər Abdullayev və futbolçularınız 2 xal itirdiklərini dedi...

- Oyuna baxış prizması var. Məhəmməd Qurbanov və Budaq Nəsirov qol vursaydı, fərqli olardı. Oyunun keyfiyyətini götürsək, başa-baş mübarizə getdi. Rəqibin adı hər şey deməkdi. “Neftçi” köklü klubdu.

 

- Kərim Diniyev 90 dəqiqə oynamağa hazırdı?

- Söhbət ata-oğul münasibətindən getmir. Onun vəzifəsi dağıdıcı və yaradıcı futbolçular arasında münasibət qurmaqdı. Yaradıcılıqda problem vardı. Kərimin "Kəpəz" üçün xeyri kifayət qədərdi.

 

- Çempionatın ilk hissəsi bitdi. İkinci hissəyə hazırlıq planı müəyyənləşibmi, kimlər gedəcək komandadan?

- Artıq qərar vermişik. Bunları sivil formada həyata keçirməliyik. Komanda qatardı, biri minir və biri düşür. Təxminən 4-5 futbolçu komandadan gedəcək və ikisi gələcək. Bunlardan biri hücum, digəri isə kənar yarımmüdafiəçisidi. Yanvarın 14-də bir həftəlik Yevlaxda fiziki hazırlıq keçəcəyik. Daha sonra Bakıda taktika üzərində hazırlaşacağıq. Yevlaxda bir, Bakıda iki oyun keçirəcəyik. Rəhbərliyin fikrində Antalya planı vardı, amma mən yol yorğunluğu və vaxt itkisinə görə imtina etdim.

 

- Ramosla yaşanan instidentdə nə baş vermişdi?

- Autda yalnış qərar verildi və mən də etiraz etdim. Ramos da məni hakimə göstərdi və çağırmaq istədi. Mən də ona işarə etdim ki, sus! Ancaq sonra ondan üzr istədim, çünki futbolçu meydanda hər şey edə bilər. Sizə söz verirəm ki, bir də elə səhv etməyəcəm.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225906

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR