Fransaya uçan təyyarənin tualetində bomba həyəcanı       

Fransaya uçan təyyarənin tualetində bomba həyəcanı       
17:09 20 Dekabr 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

Mauritius adaları-Paris reysi üzrə hərəkət edən təyyarədə bomba həyəcanı yaşanıb. Lent.az-ın İngiltərənin “İndependent” qəzetinə istinadən məlumatına görə, bu gün Afrikanın cənubunda Madaqaskara yaxın yerləşən Maurutius adalarından Fransaya uçan və göyərtəsində 459 sərnişin, 14 ekipaj üzvü olan təyyarə təcili olaraq Keniyanın ikinci ən böyük şəhəri olan Mombasaya enməli olub.

 

Belə ki, təyyarə uçuşa başladıqdan sonar sərnişinlərdən biri təyyarənin ayaqyolunda şübhəli bağlama görüb və bu barədə təcili olaraq pilotlara məlumat verilib. Pilotlar şübhəli əşyanın partlayıcı ola biləcəyi ehtimalının böyüklüyünü nəzərə alaraq hava gəmisini Mombasanın beynəlxalq Moyi hava limanına endiriblər. Bütün sərnişinlər təcili olaraq təyyarədən təxliyə edilib.

 

Təyyarədə axtarışlara başlanılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225907

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR