Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bərdədə avtomobil yanıb, sürücü xəsarət alıb

Bərdədə avtomobil yanıb, sürücü xəsarət alıb

Date: 20 December 2015 17:42

Bakı. 20 dekabr. REPORT.AZ/ Bərdə rayonunda minik avtomobili yanaraq kül olub. "Report"un məlumatına görə, hadisə rayonun Əyricə kəndində baş verib. 
Belə ki, "VAZ-2106" markalı avtomobilin mühərrik hissəsində baş verən yanğın qısa vaxtda güclənib.
Nəticədə avtomobilin salon hissəsi də yanıb. Hadisə yerinə iki yanğın söndürən maşını və canlı qüvvə cəlb edilib.
Yanğını söndürmək istəyən sürücü İlham Məmmədov xəsarət alıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Tags:  Bərdədə avtomobil yanıb sürücü xəsarət alıb

RƏYLƏR


Top news