Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda partlayış: yaralanan var

Bakıda partlayış: yaralanan var

Date: 20 December 2015 17:47

Bu gün Abşeron rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində partlayış olub.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 67 kv.m olan 2 otaqlı mənzilin eyvanında qaz balonunun ani partlaması nəticəsində eyvanın pəncərəsi, su qızıdırıcısı və ev əşyaları 2 kv.m sahədə yanıb. Yanğın zamanı əl və üz nahiyyəsindən yanıq xəsarəti almış 1 nəfər yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təvhil verilib. Yanğın zamanı eyvanda olan digər qaz balonu təhlükəsiz əraziyə aparılıb, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 14:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Tags:  Bakıda partlayış yaralanan var

RƏYLƏR


Top news