BOCCİA idman növü üzrə II “SENİ CUP” turniri keçirilib

BOCCİA idman növü üzrə II “SENİ CUP” turniri keçirilib
17:48 20 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 20 dekabr, AZƏRTAC
Milli Paralimpiya Komitəsi “SENİ” firmasının dəstəyi ilə Azərbaycanda yeni yaranmış BOCCİA idman növü üzrə II “SENİ CUP” turniri keçirib.
Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “SENİ CUP” turnirində BC-1, BC-2 və BC-4 kateqoriyalarında ümumilikdə 32 idmançı mübarizə aparıb. Turnirdə Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Azərbaycan Milli Paralimpiya Komitəsinin, bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. İdmançılara dəstək vermək üçün Mərkəzi Asiya və Qafqaz üzrə “SENI” firmasının koordinatoru Mixail Kopaç və Turkiyənin BOCCİA idman növü üzrə baş məşqçisi Nihat Yılmaz təşrif buyurublar.
Açılış mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov BOCCİA idman növünün Azərbaycanda sürətlə inkişaf etdiyini deyib, idmançılara uğurlar arzulayaraq turniri açıq elan edib.
Gərqin mübarizədən sonra BC-1 kateqoriyasında Arzu Rəşidli bürünc, Samir Səlimov gümüş, Gülnarə Səlimova qızıl, BC-2 kateqoriyasında Aygün Cəfərova bürünc, Asim Hüseynov gümüş və Rüfət Bayramov qızıl, BC-4 kateqoriyasında isə Çimnaz Quliyeva bürünc, Xəyal İslamov gümüş və Fariz Kərimli qızıl medala sahib olublar.
Qaliblər diplom, medal və kubokla təltif olunublar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BOCCIA_idman_novu_uzre_II_SENI_CUP_turniri_kechirilib-912818

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR