Sürpapaq oyunu üzrə yarışlarda finalçılar müəyyənləşib

18:13 20 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 20 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində keçirilən Prezident Kuboku uğrunda X çövkən milli oyunu üzrə yarışların beşinci günü maraqlı qarşılaşmalarla yadda qalıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 20-də əvvəlcə çövkən milli oyunu üzrə ¼ final qarşılaşmaları keçirilib. Oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
Ağstafa-Balakən 2:1, Ağcabədi-“Köhlən” 1-0, “Polad”-Ağdam 3-1, “Sərhədçi”-Laçın 1-0.
Ağstafa, Ağcabədi, “Polad” və “Sərhədçi” komandaları yarımfinala vəsiqə qazanıblar. Çövkən milli oyunu üzrə yarımfinal və final qarşılaşmaları dekabrın 22-23-də Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək.
Sürpapaq oyunu üzrə yarışın finalçılarının adları isə artıq məlumdur. Dekabrın 20-də keçirilən yarımfinal oyunlarında Balakən təmsilçiləri “Köhlən” komandasını 6-0, Laçın komandası isə Ağdam təmsilçilərini 1-0 hesabı ilə məğlub edib. Beləliklə, sürpapaq oyunu üzrə dekabrın 21-də keçiriləcək final oyununda Balakən və Laçın komandaları qarşılaşacaq.
Papaq oyunu üzrə yarışlar isə artıq başa çatıb. Bu oyun növündə Şəki komandası birinci olub. Sonrakı yerləri Qax və Oğuz komandaları tutublar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Surpapaq_oyunu_uzre_yarislarda_finalchilar_mueyyenlesib-912820

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR