"Əfqanıstan Bakı-Tbilisi-Qars nəqliyyat qovşağının imkanlarından istifadə edə bilər"

"Əfqanıstan Bakı-Tbilisi-Qars nəqliyyat qovşağının imkanlarından istifadə edə bilər"
18:17 20 Dekabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Əfqanıstan Bakı-Tbilisi-Qars regional nəqliyyat qovşağının imkanlarından istifadə edə bilər.

Bunu Trend-ə politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov deyib.

"İki ölkə arasında kifayət qədər sıx ticarət-iqtisadi əlaqələr yaranıb, nəqliyyat və logistika sahəsində müxtəlif layihələrin reallaşdırması planlaşdırılır, Əfqanıstan öz yüklərinin daşınması üçün Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə bilər", - Sadıxov bildirib.

Onun sözlərinə görə, qarşıdamn gələn görüş Bakının və Kabilin rəsmi şəxslərinin birinci görüşü deyil, iki dövlətin rəhbərləri müxtəlif meydanlarda görüşüblər və ikitərəfli münasibətlər kifayət qədər intensiv müzakirə olunub.

"Onu unutmaq lazım deyil ki, Azərbaycan kontingenti koalisiya gücləri tərkibində çox illər ərzində Əfqanıstanda müxtəlif mülki və hərbi obyektlərin mühafizəsiylə məşğul olaraq bu dövlətin təhlükəsizliyi təmin edir. BMT-ın Baş assambleyasının sessiyasında Azərbaycanın Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşdə Əfqanıstanın XİN rəhbəri açıq bildirdi ki, Azərbaycanın siyasi, sosial və iqtisadi inkişafının modeli Əfqanıstan üçün maraqlı nümunədir. Bu məsələ, şübhəsiz ki, iki dövləti yaxınlaşdırır və onların maraqlarına cavab verir", - Sadıxov qeyd edib.

Qeyd edək ki, dekabrın 22-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin yüksək vəzifəli nümayəndə heyəti ilə Azərbaycana bir günlük rəsmi dövlət səfəri gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/391733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR