Yük maşını su kanalına aşdı, sürücü öldü

Yük maşını su kanalına aşdı, sürücü öldü
18:22 20 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallı rayonunun Boradigah qəsəbəsində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ZİL markalı yük avtomobili su kanalına aşıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü Mübariz Mirxas oğlu Fərəcov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb və ölüb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə cəsədi avtomobildən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/391736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR