"Qəbələ" bir futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

"Qəbələ" bir futbolçusu ilə yollarını ayırdı -   RƏSMİ
18:47 20 Dekabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ” braziliyalı futbolçusu Rafael Santosla da müqavilənin müddətini artırıb. Fanat.az xəbər verir ki, yeni anlaşma ilyarım müddətinə nəzərdə tutulub. 


Müqaviləsi bu ilin sonunda başa çatan 31 yaşlı müdafiəçi 2017-ci ilin yayına qədər “qırmızı-qara” forma geyinəcək. 2014-cü ilin yanvarından “Qəbələ”nin şərəfini qoruyan cənubi amerikalı indiyədək 69 oyunda komandanın heyətində meydana çıxıb. Bu matçların 51-i Premyer Liqa, 12-si Avropa Liqası, 6-sı Azərbaycan kuboku çərçivəsində baş tutub. Santos “Qəbələ”nin tarixində ən çox oyun keçirən 11-ci futbolçudu.


Digər legioner Derlis Meza Kolli isə “Qəbələ”dən ayrılıb. 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə mövsümün sonunda başa çatmalı olsa da, qarşılıqlı razılıqla anlaşmaya xitam verilib. Mövsümün əvvəlindən “qırmızı-qaralar”ın şərəfini qoruyan paraqvaylı legioner komandanın heyətində 10 matçda 1 qol vurub. Premyer Liqada 4, Avropa Liqasında 5 matçda iştirak edən Derlis yeganə qolunu ölkə kubokundakı matçda rəqib qapısından keçirib. 


“Qəbələ” İdman Klubu Derlis Meza Kolliyə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.


Fanat.az


 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-bir-futbolcusu-il-yollarn-ayrd-t46286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR