“Qəbələ” baş məşqçisi Roman Qriqorçukla müqavilə müddətini uzadıb. Fanat.az xəbər verir ki, ukraynalı mütəxəssislə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.
Əvvəlki müqaviləsi 2015/16 mövsümünün sonunda başa çatan 50 yaşlı çalışdırıcı daha bir il “qırmızı-qaralar”a rəhbərlik edəcək. Onunla yeni anlaşma 2017-ci ilin iyun ayında, 2016/17 mövsümünün sonunda başa çatacaq.
Xatırladaq ki, “Qəbələ” 2015-ci ilin əvvəlindən komandanın baş məşqçisi olan Qriqorçukun rəhbərliyi altında 2014/15 mövsümündə Premyer Liqasının bürünc mükafatını qazanıb, 2015/16 mövsümümdə Avropa Liqasında qrup mərhələsinədək irəliləyib.
Fanat.az