Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bu il Bərdədə 90 hektar sahədə yeni meşə salınıb

Bu il Bərdədə 90 hektar sahədə yeni meşə salınıb

Planetimizdə meşə örtüyü hər il 13 milyon hektar azalır (22 Mart 2017 23:32)
Bərdədə 5 otaqlı ev yandı (20 Mart 2017 09:55)
Bakıda və Bərdədə ev yandı (18 Mart 2017 08:04)

Tarix: 20 Dekabr 2015 19:03


Bərdə, 20 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC 
Bu il ərzində Bərdə rayonunda 90 hektar sahədə yeni meşəliklər salınıb.
Bərdə Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, Oğlan baba, Aslan Əyricə, Bərdə, Gülbalı, Zülfalı, Soltanbud-1 və Soltanbud-2 meşəbəyliklərində salınan yeni meşələrə əsasən qoz, akasiya, iydə, şam, sərv, palıd və digər cinslərdən ibarət ağaclar əkilib. Bundan başqa 1024 hektar meşə sahəsində mexaniki xidmət göstərilib, 5100 hektarda suvarma işləri aparılıb.
Kökləndirmək üçün 0,9 hektar sahədə 45 min ədəd qələm basdırılıb. Bir hektarda (25 min ədəd) sərv və şam ağaclarından ibarət böyütmə sahəsi yaradılıb, 5,1 hektar sahədə akasiya, göyrüş, iydə, ərik ağaclarından ibarət tinglik səpilib, 1785 kiloqram toxum tədarük edilib.
Bərdə rayonunda yeni meşələrin salınması 2016-cı ildə də davam etdiriləcək.

Teqlər:  il Bərdədə 90 hektar sahədə yeni meşə salınıb



RƏYLƏR


Top xəbərlər