Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda ailə məhkəməsi təklif olunur

Azərbaycanda ailə məhkəməsi təklif olunur

Date: 20 December 2015 19:27

Azərbaycanda ailə məhkəməsi strukturunun tətbiq edilməsi təklif edilir.

Bu təkliflə çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı Trend-ə bildirib ki, dünya ölkələrində, o cümlədən Türkiyədə bu struktur tətbiq edilir və çox səmərəli nəticələr əldə edilib.

M.İbrahimqızı hesab edir ki, bu məhkəmə strukturu Azərbaycanda boşanmaların sayının azaldılmasına və ailədaxili münaqişələrin həllinə müsbət təsir göstərə bilər: "Digər ölkələrin ailə məhkəmələrinin strukturu ilə tanış olmuşam. Ailə məhkəmələrinin tərkibində psixoloq, tərbiyəçi, hüquqşünas, sosial məsələlərlə bağlı ekspertlər var. Yəni, ailədə hər hansı münaqişə, mübahisə olan kimi boşanma haqqında qərar verilmir. Ailə məhkəməsinin tərkibində olan işçilər tərəflərlə ayrı-ayrılıqda da, birgə də söhbətlər edirlər, problemlərin həlli yollarını araşdırırlar və maksimum dərəcədə ailənin dağılmasının qarşısını almağa çalışırlar".

M.İbrahimqızı bildirib ki, ailə məhkəməsi strukturunun Azərbaycanda tətbiq edilməsi üçün araşdırmaların aparılmasına, qanunvericiliyə dəyişikliklərin edilməsinə ehtiyac var.

Qeyd edək ki, digər ölkələrin təcrübəsinə əsasən, ailə daxili məsələlərlə bağlı bütün işlərə baxmaq hüququ var. Ailə məhkəməsinin tərkibinə ailə məsələləri ilə bağlı ixtisaslaşmış mütəxəssislər daxil edilir.

Milli.Az


Tags:  Azərbaycanda ailə məhkəməsi təklif olunur


RƏYLƏR


Top news