Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yenilənən Infiniti QX60 - FOTO

Yenilənən Infiniti QX60 - FOTO

Date: 20 December 2015 19:42

Şirkət yenilənən Infiniti Q50 sedanı ilə yanaşı, Detroyt avtosalonunda rəsmi təqdimatı gözləmədən feyslift QX60 krossoveri barədə məlumatları da bölüşüb. 

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeniliklər arasında radiator barmaqlığı, optikanın yeni konfiqurasiyalarını, yeni amortizator yayları, yenidən tənzimlənən sükan elektrogücləndiricisi, hibrid versiyalı krossoverdə nəzərdə tutulan aktiv mühərrik dəstəkləri (Infiniti daha az vibrasiya söz verib) və səs izolyasiyası üçün hazırlanan üçlaylı yan şüşələri qeyd etmək lazımdır. Yeddi yerli Infiniti QX60 isə üç zonalı iqlimə nəzarət sistemi ilə təchiz ediləcək.

Mühərrik qamması əvvəlkidir - 3,5 litrli 262 atlı (334 Nm) V6, yaxud 2,5 litrli dörd silindirli və elektromühərrikli hibrid aqreqatı (250 a.g. və 330 Nm). Hər iki halda X-Tronic variatoru nəzərdə tutulub. 

QX60 krossoverinin satışlarına növbəti il start veriləcək. 
Milli.Az








Tags:  Yenilənən Infiniti QX60 FOTO

RƏYLƏR


Top news