Miqrantlara mesaj: "Danimarkaya gəlməyin!"

Miqrantlara mesaj: "Danimarkaya gəlməyin!"
19:47 20 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

Miqrantlara məxsus mağazalar talan edildi: CAR-da (27 Fevral 2017 21:54)
Almaniyada miqrantlara 3 533 dəfə hücum edilib (27 Fevral 2017 10:03)

Son aylar Danimarka qaçqınlara qarşı sərt mövqe seçib. Məsələn, hakimiyyət rəsmiləri hələ sentyabrda sığınacaq almaq fikrinə düşən əcnəbilər üçün Livan qəzetlərində unudulmayacaq elan verib: "Danimarkaya gəlməyin!"

İndi isə ölkədə daha bir ekstremal addım müzakirə olunur. Hökumət ölkəyə gələn qaçqınlardan zinət əşyalarının və nəğd pullarının müsadirə olunması haqqında qanunu nəzərdən keçirir. Təklif böyük ehtimalla parlamentdən keçəcək.

Kopenhagen Universitetinin qaçqınlar və inteqrasiya üzrə araşdırmaçısı Zachary Whyte deyir ki, bəzən  Damimarkanın apardığı cari siyasi xəttində onun ciddi olduğunu, yoxsa kəf gəldiyini anlamaq müşkülə çevrilir. Amma bu halda deyilənlər  realdır.

"2015-ci il dekabrın 10-da təqdim olunmuş qanun layihəsi Danimarka hakimiyyətinə sığınacaq istəyənlərin və icazəsi olmayan miqrantların üst-başlarını və yüklərini axtarmaq səlahiyyəti verir. Məqsəd onlara cəkiləcək xərclərin ödənilməsini təmin etməkdir". Bu barədə Danimarkanın İnteqrasiya nazirliyinin The Washington Post-a göndərdiyi elektron məktubda deyilir.

Qanun layihəsi qəbul olunsa, bu, ölkədə olan qaçqınlara da aid ediləcək. Onun gələn ilin yanvarında parlamentdən keçərək artıq fevral ayından qüvvəyə minəcəyi gözlənilir. Bununla da polislərə kifayət qədər qiymətli hesab elədiyi şeyləri götürmək icazəsi veriləcək.

SAATLAR, MOBİL TELEFONLAR GÖTÜRÜLMƏYƏCƏK, AMMA...

Milli.Az azadliq.org-a istinadən bildirir ki, inteqrasiya nazirinin dediyinə görə, yeni qaydalar yüksək dəyəri olacaq şeylərə aid olunacaq: "Sadə yaşayış tərzi üçün lazım olacaq şeylər, məsələn, saatlar və mobil telefonlar götürlməyəcək. Həmçinin, xüsusi mənəvi-sentimental dəyəri olan şəxsi əşyalar da müsadirə olunmaya bilər. Bu isə o halda mümkündür ki, həmin əşyanın böyük dəyəri olmasın".

Ölkənin aparıcı iki partiyası qanunu müxtəlif cür  izah ediblər.

Whyte deyir: "Televiziyada qanunu izah edərkən ədliyyə nazirinin qanunun ancaq brilyant dolu çemodanlarla gələn qaçqınlara aid ediləcəyini söyləməsi absurddur! Bundan çıxış edərək Danimarka Xalq Partiyası daha az dəyəri olan əşyaların müsadirəsinin vacibliyindən danışır"- araşdırmaçı əlavə edir.

O hesab edir ki, belə qanuna ehtiyac yoxdur: "Sığınacaq istəyənlər Danimarkaya bir qayda olaraq böyük miqdarda pul və zinət əşyaları ilə gəlmirlər".

QIZIL DİŞLƏR DƏ MÜSADİRƏ EDİLƏCƏK?

"Təklif  oppenentlərin "kiçik və qəddar sualı ilə ləkələndi. Onlar soruşdular ki, hökumət qaçqınların qızıl diş qapaqlarını da müsadirə edəcəkmi" , - Whyte  deyir.  

Öz yurdlarından didərgin düşənlərin qiymətli əşyalarının müsadirəsi ideyası Avropada nasistlərdən qalan acı xatirədir. Onlar bunu yəhudilərə və başqalarına tətbiq etmişdilər.  

Danimarka İnteqrasiya Nazirliyi bu qaydaların tətbiqi nəticəsində əldə olunan maliyyə vəsaitlərinin elə qaçqınların özlərinin saxlanma şəraitinə yönələcəyini desə də,  nəticədə müsadirə edilənlərin maliyyə dəyəri cox az ola bilər. Odur ki, ekspertlər bu məsələdə hökümətin məqsədinin, əslində, mesaj göndərmək  olduğunu deyirlər.

PULSUZ TƏHSİL VƏ SƏHİYYƏ VƏD OLUNUR

İnteqrasiya Nazirliyi qanunu müdafiə edir: "Avropa indi çox böyük miqdarda qaçqın axını ilə üzləşib. Danimarka öz payını almaq istəyir. Buna baxmayaraq böyük  sayda qaçqın bizim cəmiyyətə təzyiq edir və onların uğurla inteqrasiyasını təmin etmək get-gedə daha çox çətinləşir".

Nazirlik  bildirir ki, yaşam icazəsi olan qaçqınların uşaqları  pulsuz məktəblərdə oxumaq, o cümlədən ali təhsil almaq hüququna malik olacaq, danimarkalıların aldığı yüksək səviyyəli səhiyyə xidməti  ilə təmin ediləcək.

Danimarka həm də 3 illik inteqrsiya prosedurları təqdim edir. Buraya dil öyrənmək, peşəkar hazırlıq da daxildir.  "Danimarka dövlətinin məqsədi qaçqınların gələcəkdə fəal və maddi cəhətdən müstəqil vətəndaş olması üçün onlara dəstək verməkdir", - naizrlik bildirir.

Danimarkanın TV2 kanalına müsahibəsində İnteqrasiya naziri Inger Støjberg tənqidləri rədd edib, o nasist praktikası ilə paralellər aparanların düz demədiklərini söyləyib. Telekanal həm də Sosial-Liberal partiyanın xarici işlər üzrə eksperti  Martin Lidegaard-dan sitat gətirib ki, bu təklif olunan siyasət ölkənin beynəlxalq imicinin zədələnməsinə gətirə bilər.

Tənqidçilər Danimarka rəsmilərinin bu ölkənin qaçqınlar üçün daha az cəlbedici olması üçün çalışdıqlarını deyir. Son vaxtlarda hökumət qaçqınlar üçün sosial müavinətləri 50 faiz azaldıb.

Araşdırıcı  Whyte-ın qənaətincə, qonşu İsveç bu yaxınlarda qaçqın axını qarşısında məhdudiyyətləri artırandan sonra Danimarka göstərmək istəyir ki, onun siyasəti daha məhdudlaşdırıcı xarakter daşıyır. "Bu Danimarkanın qaçqınlara sığınacaq verilməsi barədə siyasətinin əsas xəttidir. Yəni göstərmək istəyir ki, qonşuları ilə müqayisədə daha az qonaqpərvərdir", - araşdırmaçı söyləyir.

 Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Prezident İlham Əliyev "FADA"-nın rəhbərini -

24 İyun 2017 18:14

Natavanla Dadonun nişanından FOTOlar

24 İyun 2017 18:12

Namaz qıldı, sonra məsciddən oğurluq etdi - VİDEO

24 İyun 2017 18:08

Prezident İlham Əliyev Xorvatiya və Sloveniya dövlət başçılarını təbrik edib

24 İyun 2017 18:08

İlham Əliyev xorvatiyalı həmkarını təbrik etdi

24 İyun 2017 18:05

Formula 1 fanatları Bakının gəzməli yerlərini öyrənirlər (FOTO)

24 İyun 2017 17:55

Evinizdəki zibilləri atmasanız nə baş verər? - FOTO

24 İyun 2017 17:53

Aparıcının qızının bu fotoları atasını əsəbiləşdirəcək

24 İyun 2017 17:52

Formula 1: Colion Palmerin idarə etdiyi bolidin yanma səbəbi müəyyənləşib

24 İyun 2017 17:52

Azərbaycanda daha bir həkim QALMAQALI: yeni doğmuş anaya səhv qan köçürdülər - ŞOK OLAY

24 İyun 2017 17:49

Azərbaycanda ayaqqabı istehsalı azalıb

24 İyun 2017 17:47

Qumbara satdığı üçün tutuldu -

24 İyun 2017 17:46

Xalq artisti Azərbaycanda heç kimin etmədiyini reallaşdıracaq

24 İyun 2017 17:43

Formula 1 yarışlarında sıralama turunda 4 pilot yarışı dayandırıb

24 İyun 2017 17:43

Dünya bu cütlüklərdən danışır - İlanla, ölü ilə evlənən... - VİDEO - FOTO

24 İyun 2017 17:37

Colyon Palmer Formula 1 yarışlarının sıralama turuna çıxa bilməyib

24 İyun 2017 17:36

Bakıda Formula 1 zamanı problem yaşanıb? - AÇIQLAMA

24 İyun 2017 17:32

Günün matçlarını yayımlayacaq kanallar

24 İyun 2017 17:27

NATO-nun sirr kimi saxlanan Rusiya PLANI ÜZƏ ÇIXDI

24 İyun 2017 17:23

Məşhur rusiyalı aktrisa Anastasiya Zadorojnaya Bakıda Formula 1 yarışlarını izləyir (VİDEO)

24 İyun 2017 17:22

Formula 1 üzrə Azərbaycan Qran Prisinin sonuncu sərbəst yürüşünə yekun vurulub

24 İyun 2017 17:22

Formula 1 pilotunun bolidi yanıb -

24 İyun 2017 17:21

Bakıda keçmiş sevgilisini amansızca öldürən şəxslər bağlı RƏSMİ MƏLUMAT

24 İyun 2017 17:19

Yasamalda evə basqın edərək qətl törədən şəxs tutulub

24 İyun 2017 17:17

Hindistanda qəzəblənmiş fil avtomobili aşırdı (VİDEO)

24 İyun 2017 17:15

Xanım sürücü evakuator maşınını aparmasın deyə soyundu - VİDEO

24 İyun 2017 17:12

Palata Formula 1-lə əlaqədar xüsusi monitorinq qrupu yaradıb

24 İyun 2017 17:12

Flavio Briatore: “Bakının uzun müddət Formula 1-də qalacağına ümid edirəm”

24 İyun 2017 17:12

Aslı və Muraddan gözlənilməz qərar

24 İyun 2017 17:12

Bütün içkiləri su ilə əvəz etsəniz, orqanizmdə nə baş verəcək?

24 İyun 2017 17:08

Formula 1-lə əlaqədar banklar gücləndirilmiş rejimdə çalışır

24 İyun 2017 17:08

Bakıda Formula 1 pilotlarının sıralama turu başladı (CANLI)

24 İyun 2017 17:08

Conni Depp Trampdan üzr istədi

24 İyun 2017 17:05

İspan futbolçu karyerasını bitirdi

24 İyun 2017 17:05

Hindistan bütün ölkələri geridə qoyacaq - PROQNOZ

24 İyun 2017 16:58

Berni Ekklstoun: “Bakıya heç vaxt gəlməyənlərə bura səfər etməyi məsləhət görürəm”

24 İyun 2017 16:57

Ağır döyüşlər: 10 ölü, 20 yaralı

24 İyun 2017 16:53

Azyaşlıların sırğalarını soydu

24 İyun 2017 16:52

Azərbaycanda elektrik avadanlıqlarının istehsalı isə 2,1 dəfə artıb

24 İyun 2017 16:52

"Qarabağ" ilk əcnəbini transfer etdi -

24 İyun 2017 16:49

Fil fevtivalı döyüş meydanına çevirdi – VİDEO

24 İyun 2017 16:48

Acunun toyu 3 gün, 3 gecə olacaq

24 İyun 2017 16:42

Xırdalanda borc pula görə tanışını bıçaqlayan şəxsin cəzası endirilib

24 İyun 2017 16:42

ABŞ və Çin arasında bu ölkəyə qarşı TARİXİ RAZILAŞMA

24 İyun 2017 16:38

Elçin Sanqu yeni serialla qayıdır

24 İyun 2017 16:32

Aktauda islam həmrəyliyi ilə bağlı tədbir keçirilib

24 İyun 2017 16:29

İranlı azarkeş: Azərbaycan Formula 1 yarışını yüksək səviyyədə təşkil edib

24 İyun 2017 16:29

Estetik cərrahiyyədə birinci ledi dəbi

24 İyun 2017 16:28

Avropa Liqasına erkən vida

24 İyun 2017 16:27

Dibalanı yoldan çıxarırlar - SON DURUM

24 İyun 2017 16:27