Norilsk: dünyanın yayı qısa, qışı uzun şəhəri

Norilsk: dünyanın yayı qısa, qışı uzun şəhəri
19:57 20 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

İnsanların qeyri-adi, ən sərt və dözülməz şəraitdə  yaşaya bilməsi və işləməsi elm üçün bir müəmma olaraq qalmaqda davam edir. 

Hər halda, belə demək mümkünsə, dünyanın  o başında ən şimal nöqtədə, qütb arxasında yerləşən, yayı qısa, qışı isə 9-10 ay davam edən Rusiyanın Norilsk şəhərində yaşayanlar və işləyənlər haqqında bu sözləri cəsarətlə demək olar. Norilskdə sərt iqlim şəraitində, uzun qütb gecələri dövründə yaşayan, günəşi az-az görən və olduqca ekstremal şəraitdə işləyən insanların orqanizminin buna necə dözməsi isə, həqiqətən də,  başa düşülən deyil.

Norilsk haqqında  məlumat verməzdən öncə bir neçə maraqlı fakta diqqəti cəlb etmək istəyirik:

Hazırda dünyada istehsal edilən qiymətli metalların, o cümlədən palladiumun 35, platinin 25, nikelin 20, kobaltın isə 10 faizi qütb arxasında yerləşən bu şəhərin - Norilskin payına düşür. Rusiyanın nikelə olan  ehtiyaclarının 96, kobalta 95, misə olan ehtiyaclarının 55 faizini Norilsk verir. Bundan əlavə, Norilskdə qızıl, gümüş, iredium, osmium, rutenium da istehsal edilir.

Norilsk  dünyada atmosferi və ekologiyanı dəhşətli şəkildə çirkləndirən şəhər hesab edilir. Norilsk Krasnoyarsk vilayətinin büdcəsinin 60 faizini verir.

Norilskilə quru yolu mövcud deyil. Qışda bu ərazi ilə əlaqə yalnız təyyarə ilə saxlanılır. Qısa yay aylarında isə Yenisey çayı ilə ora getmək mümkündür.

Norilskdə yaşayanlar arasında ruslar, ukraynalılar və azərbaycanlılar üstünlük təşkil edirlər.

Nadir metallar məskəni

176  min nəfərdən artıq əhalisi olan Norilsk hələ bürünc dövründən qiymətli metallar mədəni kimi tanınıb. Norilsk adının isə bu yerin qədim sakinləri olan evenklər və yuqairlərin dillərində işlənən "narus" və "noril" sözlərindən alındığı və bataqlıq mənası verdiyi ehtimal edilir. Təsadüfi deyil ki, Norilskdə yaşayanlar arasında bu zərb-məsəl çox məşhurdur: " Norilskdə hara getsən, həmişə külək bataqlıqdan əsir"

Norilskin burada daimi yaşayan insanlarla məskunlaşdırılması isə ötən əsrin 20-ci illərindən başladı. SSRİ-nin qiymətli metallara və ağır sənayesinin inkişafı üçün nikelə böyük ehtiyac duyması Norilskdəki qiymətli metalların istehsalını qaçılmaz zərurət kimi ortaya çıxardı. Norilskdə ilk müvəqqəti taxta ev 1921-ci ildə inşa edildi. Ötən əsrin 30-cu illərində xalq düşməni elan edilən on minlərlə məhkum insan yaşaması qeyri-mümkün hesab edilən qütb arxasındakı Norilsk şəhərinə göndərildi. Onların böyük hissəsi qiymətli metalların istehsalına imkan verəcək zavodların inşa edilməsində iştirak etdilər. 50 dərəcədən yuxarı şaxtada işləyən məhkumların, demək olar 90 faizi, təxminən 150 min nəfəri ilk bir ildə aclıq və soyuqdan dünyasını dəyişdi. İtkilərin yerini doldurmaq üçün buraya SSRİ-nin hər yerindən təcili şəkildə "xalq düşmənləri"ni göndərməyə başladılar.

Məhkumların (QULAQ) əməyi nəticəsində  Norilsk Dağ-Mədən Kombinatı qısa müddətdə istifadəyə verildi. 1942-ci ildə, nəhayət ki, Norilskdə nikel istehsalına başlanıldı. II Dünya müharibəsi başa çatandan sonra da Norilskdə yalnız məhkumlar işləyirdilər və onlardan ibarət burada həbsxana-düşərgə salınmışdı. Ağır və dözülməz həyatdan bezən və buna dözməyən məhkumlar 1953-cü ilin yayında Stalinin vəfatından bir neçə ay sonra üsyan qaldırdılar. Onlar özlərinə normal şərait tələb edir və ya həbs müddətlərinin qalan hissəsini digər yerlərdə çəkilməsini şərt kimi hökumət qarşısında qaldırmışdılar. Lakin məhkumların üsyanı qan içində boğuldu və 50 mindən yuxarı məhkum yerindəcə güllələndi.

O vaxt Norilskdə alman əsirləri də işləyirdilər. Onların da arasında sərt şəraitdən, aclıqdan, xəstəlikdən ölənlər on minlərlə idi. Məhkumların üsyanından az sonra  Moskvada onlarla yanaşı, mülki vətəndaşlarından əməyindən istifadə edilməsi qərara alındı.

Norilskdə işləməyə insanları şirnikləndirmək üçün onlara yüksək əməkhaqqı, müxtəlif güzəştlər veriləcəyini bildirdilər. Bu müstəvidə də Ukrayna, Rusiya və Azərbaycanın müxtəlif yerlərindən minlərlə insan yüksək əməkhaqqı ardınca Norilskə üz tutdu. Nəticədə bu amil Norilskin indiki çoxmillətli simasının formalaşmasında önəmli amilə çevrildi.

Yayda Moskvadan Norilskə  getmək istəyən hər hansı bir adam qatarla 3 gün ərzində 4165 kilometr qət edərək, Krasnoyarska gəlməlidir. Buradan isə teploxodla 4 gün də 1989 kilometr qət edərək Dudinsk şəhərinə getməlidir. Dudinskdən isə Norilskə 90 kilometrdir. Qışda isə qeyd etdiyimiz kimi Norilskə  yalnız təyyarə ilə getmək mümkündür.

Çox qısa yay

Norilskdə, demək olar, yay olmur və ya olduqca qısa olur. Belə demək mümkünsə, yay iyul ayında başlayır və cəmisi 10 gün çəkir. Amma qısa yay isti olur. Temperatur bəzən  32-37 dərəcəyə çatır. Bir saat içində yayda temperatur 7-10 dərəcədən 20-25 dərəcəyə qalxır. Dərhal da hamı qısaqol köynək geyinir, bədənlərinin çox hissəsini günəş şüaları görsün deyə açıq qoyurlar. Heç kim də buna fikir vermir. Çünki qısamüddətli yayda bədənin gün şüalarını qəbul etməsi orqanizm üçün sonrakı yaşayışı zəruri edən mühüm faktorlardan biridir.  Yay qəfildən gəlir. Bir də görürsən ki, işdən  isti kürkdə, isti çəkmələrdə qayıdan adam küçədə yay geyimində olan insanları görür və bunu adi qəbul edir. Bəzən qısa yay cəmisi 3 gün davam edir. Ona görə də Norilskdə yaşayanlar arasında belə lətifə geniş yayılıb. "Yay gəldi, ancaq mən onda işdə idim. Mən işdən qayıdanda artıq yay başa çatmışdı".

Norilskdə yay qısa olsa da, mayın 15-dən avqustun 30-na kimi insanlar bölgədəki turbazalarda və istirahət məskənlərində az da olsa dincələ bilirlər. Çünki heç də hamının  yay tətilini isti bölgələrdə keçirmək, ailəliklə dincəlmək imkanı olmur. Hətta yayda göllərdə çimmək də olur. Belə ki, yayda günəş gölün səthini isitdiyindən su ilıq olur. Ancaq gölün dibi buz qatı olur. Ona görə də həvəskarlar gölün isinən 2-3 metrlik isti hissəsində çimə bilirlər.

Qışda 50 dərəcə şaxta

Norilskdə qış  sentyabrın əvvəllərində başlayır və may ayını 15-20-nə kimi davam edir.

Norilskdə qışda, adətən, şaxta 50 dərəcəyə çatır. Bəzən qısamüddətli olsa da, şaxta 96 dərəcəyə qədər yüksəlir. Belə bir ekstremal şəraitdə yaşamaq insanlarda özünü və ətrafındakıları soyuqdan müdafiə instinkti yaradıb. Məsələn, Norilskdə qış vaxtı küçə ilə gedən istənilən adamın burnu və ya gözünün ətrafı ağarıbsa, dərhal bunu görən digər birisi ona yaxınlaşaraq xəbərdar edir və ya qarla onun burnunun ağaran hissəsini ovxalayır.

Norilskdə qar daim yağdığından yalnız yolları təmizləyirlər. Maşınlar qarı yolun kənarına yığır və nəticədə hətta yayda belə əriməyən  qar təpələri yaranır.

Şəhərin buz bağlamış yollarını təmizləmək üçünsə hansısa kimyəvi reagentlərdən istifadə edilmir.  Əvəzində yollara istehsal zamanı tullantıya çevrilən şlak səpirlər.

Uzun və yorucu qütb gecələri

Norilskdə qütb gecələri noyabrın 30-da başlayır və yanvarın 13-də başa çatır. Amma qütb gecəsinin necə başladığını hiss eləmək olmur. Çünki qütb gecələri başlayana kimi günün uzunluğu tədricən 1 saata qədər qısalır. Nəticədə öncədən küçələr işıqlandırılır. Mənzillərdə və idarələrdə işıq, demək olar, gecə-gündüz yanmaqda davam edir. Ona görə də iş vaxtı və ya günün uzunluğu qaranlıq düşməsi ilə deyil, saatla müəyyən edilir. Yəni dünyanın hər yerində olduğu kimi, Norilskdə də qütb gecələri zamanı insanlar adi qaydada saat 8-də və 9 da işə başlayır, saat 18 və ya 19-da işdən evlərinə qayıdırlar.  Norilsk ilə Moskva arasında 4 saat fərq var. Əgər Moskvada səhər saat 8 olsa, Norilskdə saat 12 olur.

Norilskdə qütb gecələrinin başa çatması heç də onun yerinə işıqlı günlərin başlaması anlamına gəlmir. Norilskdə qütb gecələrindən sonra boz qaranlıqlar başlayır və bu 30 gün davam edir. Yalnız fevral ayında günəş 5 dəqiqəliyə görünür. Onda insan günəşin insan orqanizminin varlığı üçün nə qədər böyük önəm daşıdığını daha dərindən anlayır. Qütb gecələri və uzun sürən qış insanların tez yorulmasına gətirib çıxararaq addımbaşı özünü büruzə verir. İllərlə yaşamasına baxmayaraq, buradakı insanların heç birinin orqanizmi bu günə kimi qütb gecələrinə uyğunlaşa bilməyib.

Norilskdə iş üçnövbəlidir. Çünki burada istehsalı dayandırmaq mümkün deyil. İstehsal bir neçə dəqiqəliyə belə dayansa, onda bütün avadanlıqlar donaraq sıradan çıxa bilər. Ona görə də, adətən, Norilskini çoxları yatmayan şəhər də adlandırırlar.

Norilskdə uşaqlar dərs ilinin yarısını məktəblərə getmirlər. Əgər temperatur mənfi 36 dərəcədən yuxarı qalxarsa və küləyin gücü saniyədə 20 metrə çatarsa, onda məktəblərdə dərs keçilmir. Çünki belə havada uşaq məktəbə getsə, soyuq hava onun zəif orqanizmini dondura bilər. Belə hava şəraiti ilə bağlı əhali öncədən xəbərdar edilir.

Norilskdə qışda fəhlələr işə avtobus kolonnaları ilə gedirlər. Çünki güclü tufan istənilən an  yolu qarla örtür.  Ona görə də işçilər  8-10 avtobusa əyləşirlər. Onların qabağında isə qartəmizləyən buldozer gedir. Buldozerdən sonra Yol Polisinin maşını siqnal verərək  onu müşayiət edir, sonda isə işçiləri işə aparan avtobuslar gedirlər.

Norilskdə evlərin nömrələrini 2 metr hündürlüyündəki rəqəmlərlə yazırlar. Çünki güclü külək və tufan bura gələn qonaqlara və ya şəhəri az tanıyanlara evlərə yaxınlaşaraq onlara istədiyi ünvanı axtarmağa imkan vermir.

Norilskdə ağaclara rast gəlmək mümkün deyil. Tundrada yalnız alçaqboylu çırtdan ağaclar, kollar bitir. Bir sözlə, Norilskdə - qütb arxasındakı bu şəhərdə ekstremal şəraitdə işləmək və yaşamaq, sözün əsl mənasında, qəhrəmanlıq deməkdir. Çünki belə şəraitdə işləmək və yaşamaq hər insanın bacardığı bir iş deyil. 
"Zaman Azərbaycan"

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İki qardaş itkin düşdü - BAKIDA

26 İyul 2017 12:57

"Tatneft"in rəhbərliyi Bakı Ali Neft Məktəbində - FOTO

26 İyul 2017 12:57

5 rayon İH-nin fəaliyyətində ciddi nöqsanlar aşkarlandı

26 İyul 2017 12:57

Bakıda 13 və 14 yaşlı iki qardaş itkin düşüb

26 İyul 2017 12:54

Sərnişin avtobusunda kişinin əxlaqsız hərəlkəti kameraya düşdü - VİDEO

26 İyul 2017 12:52

İntellekt səviyyəsi yüksək olan kişilər qadınlara daha çox... - HEYRATAMİZ FAKT

26 İyul 2017 12:48

Zərrə qədər Fotoşop istifadə olunmamış müxtəlif məkanlardan 15 HEYRANEDİCİ FOTO

26 İyul 2017 12:48

Tanınmış iş adamının keçmiş sevgilisi yeni məşuqu ilə dodaq-dodağa - VİDEO

26 İyul 2017 12:47

Havanın temperaturu yenidən yüksəlir

26 İyul 2017 12:47

Azərbaycanda iribuynuzlu heyvanların bruselyoza qarşı peyvəndləməsinə başlanılıb

26 İyul 2017 12:47

Qüds şəhəri İslam Dünyasının Gənclik paytaxtı elan edildi

26 İyul 2017 12:47

“Lotu Quli”n daha bir qohumu MƏHKƏMƏ QARŞISINDA

26 İyul 2017 12:44

Sabaha hava proqnozu

26 İyul 2017 12:44

ADU-da Yay məktəbi uğurla davam edir - FOTOLAR

26 İyul 2017 12:43

Ermənistandan daha bir qorxu dolu bəyanat: Azərbaycanın silahları arasında...

26 İyul 2017 12:38

"Neftçi" Bundesliqa klubuna qarşı

26 İyul 2017 12:37

"Qarabağ"ın polşalı futbolçusunun vəziyyəti necədi?

26 İyul 2017 12:37

"Lotu Quli"nin yaxın adamının məhkəməsi başlayıb

26 İyul 2017 12:37

"Neftçi"dən ayrılan futbolçu rəsmən Rusiya klubunda

26 İyul 2017 12:37

Yeni texnologiya məlumatların “SSD” disklərində saxlanma müddətini dəfələrlə artıracaq

26 İyul 2017 12:35

Külək getdikcə güclənir - HAVA PROQNOZU

26 İyul 2017 12:34

DİQQƏT: Pensiya və maaş kartını itirənlər

26 İyul 2017 12:33

Məşhur rəqqasə mədəsini kiçiltdi - FOTO

26 İyul 2017 12:32

Bakının mərkəzində kafedən oğurluq edən şəxs ələ keçdi

26 İyul 2017 12:29

Cənubi Azərbaycanlı ifaçıdan rekord qıran ifa

26 İyul 2017 12:29

Millət vəkili parlamentdə şou göstərdi - FOTOLAR

26 İyul 2017 12:28

Havanın temperaturu yüksələcək

26 İyul 2017 12:27

® Azərbaycan üçün nəzərdə tutulmamış telefonlar əhalini ziyana salır

26 İyul 2017 12:24

"Beynəlxalq Bank işi" ilə bağlı 55 şəxs barəsində materiallar DİN-ə göndərildi

26 İyul 2017 12:19

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu haqda geniş məlumat verdi

26 İyul 2017 12:18

Valideyinləri yeni doğulan körpənin damağına narkotik maddə sürtdü - FOTO

26 İyul 2017 12:17

"Real" əsrin transferini etdi: 222 milyon avro

26 İyul 2017 12:17

Sevgilinizin xasiyyətini ayaqlarından öyrənin

26 İyul 2017 12:17

Burak Özçivitlə Fahriye Evcen toydan sonra

26 İyul 2017 12:14

Əliyar Ağayevin idarə etdiyi oyunda 4 qol vuruldu

26 İyul 2017 12:12

535 minə yaxın mənzil özəlləşdirildi

26 İyul 2017 12:12

Röyanın keçmiş qaynatası HƏBS EDİLDİ

26 İyul 2017 12:10

Nazir qardaşına pul atan şəxsə 9 İL HƏBS TƏLƏBİ

26 İyul 2017 12:09

ABŞ-da Respublikaçıların ilk qanun layihəsi rədd edildi

26 İyul 2017 12:08

DİM jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək

26 İyul 2017 12:07

"Eurovision-2018" müsabiqəsinin keçirilmə yeri və vaxtı məlum olub

26 İyul 2017 12:07

Müğənni Röyanın keçmiş qaynatası HƏBS EDİLDİ

26 İyul 2017 12:05

Neftçalada çağırışa gedən masajçı uşaq həkimini it dişlədi

26 İyul 2017 12:05

Tətilə əri ilə yox, rəfiqəsi ilə çıxdı - FOTOlar

26 İyul 2017 12:05

AER dondurmalarına yaşıl işıq: “Bu sınaqdan da üzüağ çıxdıq” - REPORTAJ

26 İyul 2017 12:04

Azərbaycanın hələ də işə salmadığı MƏXFİ SİLAHI – Ermənistanın ən böyük QORXUSU

26 İyul 2017 12:03

Prokuror nazirin qardaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə iş istəyib

26 İyul 2017 12:02

"Çudo Peçka"nın sahibi həbs edildi

26 İyul 2017 11:59

Çiy əti yuyursunuzsa, mütləq oxuyun!

26 İyul 2017 11:59

Qəhrəman tankçılar terrorçunu əzdilər - VİDEO - FOTO

26 İyul 2017 11:57