Dərini gözəlləşdirən maya maskaları. RESEPTLƏR

Dərini gözəlləşdirən maya maskaları. RESEPTLƏR
20:17 20 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Çörək mayası dəriyə çox müsbət təsir edir - yumşaldır, cavanlaşdırır, təravətləndirir.

Bu səbəbdən mayanı bir çox kosmetik maskaların tərkibində istifadə edirlər.

Milli.Az saglamolun.az -a istinadən sizə maya maskalarını təqdim edirik:

- 1 xörək qaşığı maya 2 xörək qaşığı ilıq südlə qarışdırıb isti yerə quyun. 30 dəqiqədən sonra qarışığa 1 xörək qaşığı gənəgərçək yağı, 2 kapsul aevit (apteklərdə satılır) əlavə edin və yaxşı qarışdırın. Maskanı təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

- 1 xörək qaşığı mayanı 2 xörək qaşığı yağlı xama ilə qarışdırıb (xama otaq temperaturunda olmalıdır) isti yerdə 30 dəqiqə saxlayın. Daha sonra maskaya 1 çalınmış yumurta sarısı və 1/2 çay qaşığı bal əlavə edin və yaxşı qarışdırın. Maskanı təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR