Uşaqlar niyə özlərinə qapanır?

Uşaqlar niyə özlərinə qapanır?
20:22 20 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Son zamanlarda cəmiyyətdə geniş yayılmış problemlərdən biri də özünəqapanmadır. İstənilən yaş dövründə olan insanlar üçün xarakterik olsa da, uşaqlarda rast gəlmə tezliyi daha intensivdir. Gündəlik həyatda təsirinə məruz qaldığımız sosioloji və psixoloji amillər özünəqapanmanı daha da sürətləndirir. Hazırki  dövrdə bu problem ən aktual mövzular içərisindədir və getdikcə gəncləşməkdədir. Özünəqapanma probleminin yaranma səbəblərini və ona təsir göstərən amilləri vaxtında müəyyən etməklə aradan qaldırmaq mümkündür.

NƏDİR ÖZÜNƏQAPANMA?

Özünəqapanma insanın ətrafındakılarla emosional kontaktın zəifləməsi şəklində təzahür edən  davranış formasıdır. Bu zaman insan öz problemlerini kimsəylə bölüşmək istəmir, ona üz verən çətinlikləri tək başına həll etməyə cəhd göstərir ki, bu da çox zaman uğursuzluqla nəticələnməklə yanaşı, dost seçimində tərəddüdlər, ən ağır formada isə  ailə üzvləri və cəmiyyətdəki digər insanlarla ünsiyyətin minimuma enməsi şəklində müşahidə olunur. Ümumi davranışların dəyişilməsi, əhval-ruhiyyənin  tam səmimiyyətlə biruzə verilməməsi, qarşı tərərflə emosional kontaktın zəifləməsi özünəqapanma problemini şərtləndirən amillər sırasındadır.

BƏS ÖZÜNƏQAPANMAYA SƏBƏB OLAN ƏSAS  AMİLLƏR HANSILARDIR?

Özünəqapanmanın formalaşmasına həm psixoloji, həm də sosioloji amillər təsir göstərir.

1.Özgüvənin aşağı salınması- Uşağın ailə daxilində daim danlanması, əsassız təhqirlərə məruz qalması onda özünə inamsızlığın yaranmasına səbəb olur ki, bu da özünəqapanmaya gətirib çıxarır. Adətən valideynlər evin ilk uşağını yaşından asılı olmayaraq "böyük uşaq" adlandırırlar. Tez-tez "sən böyüksən bu işi belə  görməlisən, "bunu düz etmədin böyüklər belə etməz" kimi sözlərdən istifadə edirlər. Bu yanaşmalar uşaqda elə düşüncə formalaşdırır ki, sanki o heç nəyi bacarmır,qabiliyyəti yoxdur, heç bir işin öhdəsindən gələ bilmir. Məhz bu düşüncə uşaqda utanmağa, ailə üzvlərindən kənarlaşmağa əsas verir. Uşaq onu istəyənin səmimiyyətinə  o vaxt inanır ki, o istəyi dərk edir. O dərk etdiyini o vaxt " qanuniləşdirir" ki, onu əməllə yoxlayır. Demək uşaqlar davranışlara daha həssasdırlar. Bu səbəbdən onlara sevgimizi yalnız sözlə deyil, əməllərlə göstərməliyik. Ailəsi tərəfindən təmənnasız sevildiyini  bilən uşaq özünüqiymətləndirmədə çətinlik çəkmir, özgüvəni yüksək olur və belə hallarda uşaqda özünəqapanma davranışı azalır.

2. Uşağımın dostları kimlərdir?- Ən önəmli məsələlərdən biri də budur ki, uşağın dost çevrəsi sağlam olsun. Düzgün dost seçilməməsi, çətinliklərini bölüşəcəyi birinin olmaması uşağı cəmiyyətdən daha da uzaqlaşdırır. Bu proses böyüklərdə də özünü doğruldur. İnsanın yaşantıları onun düşüncələrini formalaşdırır. Müəyyən müddət sonra insan yaşadıqları ilə yüklənir və problemlərini özünə yaxın biri ilə bölüşmək istəyir. Bu səbəbdən ətrafımızda güvənə biləcəyimiz, bizi başa düşən birinə ehtiyac duyuruq. Uşaqlar da həmçinin. Əgər  uşaq ətrafında etibar edəcəyi birini tapmazsa, onu başa düşən biri olmazsa bu zaman bütün hisslərini gizlətməyə çalışacaq, fikirlərini  bölüşməyəcək, qərar qəbul etmədə çətinliklər meydana  çıxacaq ki, bu da özünəqapanmaya səbəb olur.

3.Virtual aləmə nə dərəcədə bağlıdır?- Son zamanlarda uşaqların əksəriyyətində rast gəlinən  internet asılılığı özünəqapanmanın formalaşmasına gətirib çıxaran amillər sırasındadır. Uşaqların günün yarıdan çoxunu kompüterin qarşısında keçirməsi virtual aləmə hədsiz bağlılıq, telefondan aşırı istifadə real ünsiyyəti minimuma endirib, özünəqapanmanı maksimum səviyyəyə çatdırır. Valideynlərin üzərinə düşən vəzifə uşağın internetdən istifadəsi müddətinə nəzarət etməkdir.

ÖZÜNƏQAPANMANIN ARADAN QALDIRILMA YOLLARI

İlk öncə valideyn uşaqla dostluq münasibəti qurmalıdır. Çünki, uşaqda özümüzə qarşı güvən duyğusu yaratmaq onun mənəvi sferasına daxil olmaqda əsas addımlardandır.  Onun uğurlarını qiymətləndirməli, uğursuzluq zamanı isə tənbeh etmək yerinə nöqsanlarının aradan qaldırılmasında birgə səy göstərilməlidir. Ailə daxilində valideynlər uşaqla mövqeyinə görə yox yaşına görə davranmalıdırlar. Valideyn bunu bilməlidir ki, uşaq ailədə ilk övlad olsa da nəticə etibarilə uşaqdır. Ona tez-tez "böyüksən" deyib yaşına uyğun davranmasına sədd çəkmək olmaz. Xüsusilə uşağın dost çevrəsinə diqqət yetirilməlidir. Onu başqaları ilə müqayisə edib, konflikt yaratmaq əvəzinə, uşağın sahib olduğu  bacarıqları həyata keçirməsinə imkan yaradılmalıdır. Uşağın sosiallaşma prosesində ləngiməsinin qarşısını almaq üçün internetə aşırı bağlılığı aradan götürməliyik. Bu zaman  ailədə normal ünsiyyətə qoşulması, fikir yürütməsi üçün şərait yaratmalı, vaxtının çox hissəsini kompüterin qarşısında keçirməsinin qarşısını almalıyıq. Valideyn  uşağın həyat tərzinə, yaşantılarına diqqət yetirməli, istənilən çətinlik anında uşağa dəstək olmalı, problemlərini bölüşməsinə şərait yaratmalıdır.                                         

psixotest.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Müqəddəs cizgi: şanlı yolun tarixçəsi

17 Avqust 2017 12:04

Xəstəxanaya silahlı hücum: 7 ölü

17 Avqust 2017 12:03

Talassemiya Mərkəzi ilə bağlı yeni

17 Avqust 2017 11:59

Bakıda müəllimlər üçün ixtisasartırma proqramı təşkil ediləcək

17 Avqust 2017 11:57

"Neftçi"nin sabiq hücumçusu Malta klubunda

17 Avqust 2017 11:57

Türkmənistanın keçmiş prezidentinin təhlükəsizlik xidmətinin rəisi həbsxananda ölüb

17 Avqust 2017 11:57

II turun oyun proqramı

17 Avqust 2017 11:57

Hakerlərin çılpaq şəkillərini yaydığı MƏŞHURLAR

17 Avqust 2017 11:53

MTRŞ sədri narazı olduğu televiziya verilişlərinin adlarını açıqlayıb

17 Avqust 2017 11:52

Arzu Rəhimov Şamaxıda vətəndaşları qəbul edib

17 Avqust 2017 11:52

Bu da Nuranın “İphone 7” ilə çəkilən klipi – VİDEO

17 Avqust 2017 11:48

BFB-nin cari dövriyyəsi ötən ilin məcmu dövriyyəsini üstələyib

17 Avqust 2017 11:47

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 14% artıb

17 Avqust 2017 11:47

Əfran üçün…

17 Avqust 2017 11:47

"Bu qrupların Azərbaycanda dayaq tapması mümkünsüzdür"

17 Avqust 2017 11:44

Niderlandda radiostansiyaya hücum: girovlar var - FOTO

17 Avqust 2017 11:43

Tanınmış amerikalı basketbolçu vəfat edib

17 Avqust 2017 11:42

Taksilərdə radikal dini təbliğat gedir

17 Avqust 2017 11:39

“Motorola” şirkəti özü bərpa olan ekrana malik smartfonu patentləyib

17 Avqust 2017 11:35

SENSASİYA: Ateist alimdən Allahın varlığı ilə bağlı İNANILMAZ ETİRAF

17 Avqust 2017 11:33

KİV: Hollandiyada yerli radiostansiya binasında insanlar girov götürülüblər

17 Avqust 2017 11:32

Dövlət İmtahan Mərkəzindən XƏBƏRDARLIQ!

17 Avqust 2017 11:30

Dünyanın lideri dəyişir: Ağ Ev 25 illik müharibənin nəticəsini AÇIQLADI

17 Avqust 2017 11:28

DƏHŞƏT: Bu ölkədə hər 4 saatdan bir 1 nəfər edam olunur

17 Avqust 2017 11:26

“Kopenhagen”in futbolçusu əməliyyat olundu

17 Avqust 2017 11:24

Samirə Allahverdiyeva və "Tin uşaqları" qrupu Fəvvarələr meydanında konsert verəcəklər

17 Avqust 2017 11:22

Azərbaycan gömrükçüləri 39 ədəd mobil telefon müsadirə edib

17 Avqust 2017 11:22

Bakıda bacı və qardaşı öldürən şəxsin məhkəməsi başlayıb

17 Avqust 2017 11:22

Bakıda həbsxanada dava: məhkumlar bir-birini döydü

17 Avqust 2017 11:19

Komaya düşən Elçin Əlibəyli əməliyyatdan sonra: “Heç nədən xəbərim olmayıb”

17 Avqust 2017 11:18

Rusiyada azərbaycanlı qısqanclıq zəminində ermənini ölümcül döyüb

17 Avqust 2017 11:17

Yunanıstanda meşə yanğını

17 Avqust 2017 11:14

“Neft Daşları”ndakı 1778 saylı meydança əsaslı təmir edilib

17 Avqust 2017 11:07

ABŞ-da Linkolnın heykəlinə HÜCUM - FOTO

17 Avqust 2017 11:03

"WhatsApp"dan elə bir funksiya gəlir ki...

17 Avqust 2017 11:03

"Nardaran işi" üzrə təqsirləndirilən sonuncu şəxslərin məhkəməsi təxirə salınıb

17 Avqust 2017 11:02

Vidadi Zeynalov apellyasiya şikayəti verib

17 Avqust 2017 11:02

Magistrların qeydiyyatı bu gündən başlayır

17 Avqust 2017 10:59

Ağdaşda arvadını döyən kişinin qulağını kəsiblər

17 Avqust 2017 10:57

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı davam edir

17 Avqust 2017 10:57

"Qəbələ" "Qalatasaray"la oynayacaq - TARİX

17 Avqust 2017 10:54

DİM-dən XƏBƏRDARLIQ: İxtisas seçimini başqalarına həvalə etməyin

17 Avqust 2017 10:53

Yemiş tumunun İNANILMAZ FAYDALARI

17 Avqust 2017 10:48

Xəzər iki gənci uddu: birinin 19 yaşı var...

17 Avqust 2017 10:44

Leysan yağışlar İstanbulu bu hala saldı

17 Avqust 2017 10:44

ABŞ-ın təlimatı ilə bütün cəbhələrdə... - Türkiyəyə müharibə ELAN ETDİLƏR

17 Avqust 2017 10:43

DİM: Mərkəzin adından süni şəkildə istifadə edən “ekspertlər” özlərini reklam edirlər

17 Avqust 2017 10:42

Maqomayevin Moskvadakı heykəlinin müəllifi: "Müslüm həyata parlaq emosional münasibəti olan adam idi"

17 Avqust 2017 10:42

"Real Madrid" İspaniya Superkubokunun

17 Avqust 2017 10:38

Lionel Messi İspaniya Superkuboku uğrunda oyunda Serxio Ramosu təhqir edib

17 Avqust 2017 10:37