30 qəpiyə şarf, 50 qəpiyə köynək - FOTO

30 qəpiyə şarf, 50 qəpiyə köynək - FOTO
20:22 20 Dekabr 2015
80 Digər
Ölkə mətbuatı
A- A+

Yəqin ki, hər kəs şəhərin mərkəzi küçələrində indi yazacağım mənzərənin şahidi olub. Metronun "Elmlər Akademiyası " stansiyası yaxınlığında insanların intensiv hərəkət etdiyi yerdə iki satıcının başına onlarla müştəri toplaşıb. Onların əksəriyyəti qadınlar və gənc qızlardır. Mənzərə "Arşın mal alan" filminin kadrlarını xatırladır. Hər qadının əlində bir şarf  var, hərə onun özünə yaraşıb yaraşmadığını yoxlayır. Bu qrupa yaxınşalarkən məlum olur ki, onlarla insanın marağına səbəb olan bu paltarlar 30-40 qəpiyə satılırmış. Elə satıcılar da, deyir ki, onlar bu malları su qiymətinə satır, saha doğrusu sudan ucuz...

Təəssüf ki, 30-40 qəpiyə satılan yaylıqların, şarfların, köynəklərin hansı keyfiyyətdə olması, hansı materialdan hazırlanması heç kimi maraqlandırmır. Bu küçə ticarətinə polislər də səssiz qalıb.

Satıcıya yaxınlaşıb satdığı mallarla maraqlandıq və bunları haradan aldığını soruşduq. Bildirdi ki, malları iri ticarət mərkəzlərindən alır: "Bu malların maya dəyəri həddindən artıq ucuz başa gəlir. Malın ucuz olması isə müştərilərin diqqətini çəkən əsas məsələdir. Hər gün səhər saatlarında buraya mal gətirirəm, çox sürətlə satılır. Alıcıların əksəriyyəti tələbə qızlardır. Bu şarflardan ən gözəllərini seçib 30-50 qəpiyə alırlar".

Satıcı onu da bildirdi ki, indi alıvılar keyfiyyətə yox, daha çox qiymətə önəm verirlər. Nə olursa olsun, əsas odur ki, ucuz olsun. Lakin bu malların keyfiyyəti heç kimi narahat etmir. Ekspertlər isə həyəcan təbili çalır. Qəpik-quruşa satılan paltarlar sağalmaz xəstəliklərə yol aça bilər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da insanları bu məsələdə diqqətli olmağa çağırır: "Mən özüm o cür paltarlar satılan xarici ölkələrdə olmuşam. Məsələn, Hindistanda elə bir bazar var ki, orada paltarlar su qiymətinə satılır. Onlar müxtəlif yerlərdən ucuz qiymətə alıb, nisbətən baha satırlar. O yerdə ki, pambıqçılıq inkişaf edib, texnika inkişaf edib, belə ucuz paltarlar ola bilər.  Bəzən müəyyən firmalar müflis olur və malları ucuz qiymətə satılır. Bəzən mağazalar bağlanır və paltarlar maya dəyərinə  satılır. Belə hallar ola bilər.  Ancaq heç də bütün ucuz paltarlar bu yolla gəlmir. Neft tullantılarından hazırlanmış paltarlar var. Onlar insan dərisi ilə təmasda olarkən müəyyən xəstəliklərin yaranmasına səbəb ola bilər. Üst paltarlarının bu tip materiallardan hazırlanmasının o qədər də ziyanı yoxdur. Lakin alt paltarlarının bu materiallardan olması allergiya xəstəliklərinə, dəri xəstəliklərinə yaranmasına səbəb ola bilər. əgər bu paltarların rəngi çıxırsa, xüsusən də dəri ilə təmasdadırsa, tənəffüs yollarının allergiyasi və dəri xəstəliyinə yol açar. İstehlakçılar  bu malları alarkən diqqətli olmalıdırlar. Bu cür ucuz və keyfiyyətsiz  paltarlar əsasən Çindən, Hindistandan, Pakistandan gətirilir".
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391751.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR