Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanov "İlin məşqçisi" mükafatına qovuşdu - FOTO

Qurban Qurbanov "İlin məşqçisi" mükafatına qovuşdu -   FOTO

Date: 20 December 2015 20:42

Bu gün futbol ictimaiyyətinin nümayəndələri "Fairmont otel”ə toplaşmışdılar.


Fanat.az xəbər verir ki, məhz həmin məkanda "Komanda.az" saytının keçirdiyi "İlin məşqçisi" sorğusunun qalibi mükafatlandırılıb. Sayt əməkdaşlarının ictimai-siyasi medianın, yerli telekanalların əməkdaşlarının və idman mətbuatının nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrinə görə, Qurban Qurbanov digər rəqiblərini qabaqlayıb. 


"Komanda"nın indiyə qədər keçirdiyi 7 sorğudan altısında qalib olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov özü də tədbir iştirakçılarının arasında yer alıb. Tanınmış telejurnalist Sənan Şəfizadənin aparıcı olduğu tədbirdə çıxış edənlər Qurbanovun bu ada layiq olduğunu, azərbaycanlı azarkeşlərin məğlub psixologiyasından qurtulmasında istedadlı mütəxəssisin böyük rol oynadığını vurğulayıblar.


Tribunaya dəvət olunan Qurban Qurbanova mükafatı komanda.az-ın baş redaktoru Rəşad Ergün təqdim edib. Ona səs verənlərə bir daha minnətdar olduğunu bildirən çalışdırıcı etimadı doğruldacaqlarını, "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək vəzifəsinin öhdəsindən gələcəyini bildirib.




Fanat.az


Tags:  Qurban Qurbanov İlin məşqçisi mükafatına qovuşdu FOTO

RƏYLƏR


Top news