Infiniti-dən yenilənmiş Q50 - FOTO

Infiniti-dən yenilənmiş Q50 - FOTO
20:52 20 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Infiniti" yenilənmiş sedan "Q50"-nin sirrini açdı - bu, 2013-cü ildə dünya bazarında debüt etmiş modelin ilk restaylinqidir. Yenilənmiş "Q50"-nin təqdimatı 2016-cı ilin yanvarında Detroytda keçiriləcək. Bu barədə "Sarscoops" xəbər verib.

Milli.Az auto.az-a istinadən bildirir ki, xarici görünüşünə görə sedan indiki versiyadan fərqlənmir. Onu fərqli qazburaxma boruları, bahalı yeni 19-düymlük disklərlə fərqləndirmək olar. Əsas dəyişikliklər isə texniki hissədə baş verib.

İndi bahalı komplektasiyalarda "Q50" 400 a.g. və 475 Nm fırlanma anı olan 3,0-litrlik V6 mühərriki ilə əldə ediləcək. "Infiniti"-nin aqreqat sırasında 300 a.g. və 400 Nm verən turbolaşdırılmış mühərrik də var. Mühərriklər 7-pilləli "avtomat" sürət qutusu ilə birgə işləyir.

Bütün dəyişikliklərdən əlavə "Premium Plus" opsiya paketi də əlyetərlidir. Onu istənilən komplektasiya üçün sifariş etmək olar.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR